Gürcüstan Prokurorluğu mütəşəkkil qrup tərəfindən qanunsuz
sahibkarlıq fəaliyyəti və xüsusilə külli miqdarda qanunsuz gəlirin
leqallaşdırılması
faktları üzrə 7 fiziki və 3 hüquqi şəxsə qarşı ittiham irəli
sürüb.
Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən aparılan araşdırma
nəticəsində müəyyən edilib ki, 2022-ci ilin oktyabrından 2023-cü
ilin avqustuna qədər olan dövrdə təqsirləndirilən şəxslər Kvemo
Kartli regionunda, Kür çayının məcrasından lisenziyasız olaraq
ümumilikdə
2 138 771 lari dəyərində qum-çınqıl çıxarıb və müxtəlif
şirkətlərə satışını həyata keçiriblər.
Qanunsuz yolla əldə edilmiş vəsaitin mənşəyini gizlətmək məqsədilə
qrup üzvləri məbləğləri əvvəlcədən seçilmiş hüquqi şəxslərin, daha
sonra isə özlərinin və onlarla əlaqəli şəxslərin hesablarına
köçürüblər. Qanunsuz fəaliyyət nəticəsində ətraf mühitə vurulan
ziyan ümumilikdə 2 235 507 lari təşkil edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları iş üzrə 4 şəxsi məhkəmə
qərarı əsasında saxlayıblar, 2 təqsirləndirilən şəxs isə başqa
cinayətə görə artıq cəzaçəkmə müəssisəsində cəza çəkir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin 2-ci
hissəsinin "a" bəndi və 194-cü maddəsinin 3-cü hissəsinin "a" və
"q" bəndləri ilə aparılır. Bu maddələr 9 ildən 12 ilədək müddətə
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Cinayət işi üzrə
istintaq davam edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.