“Gürcü arzusu” partiyası Marneuli üzrə majoritar
namizədlərin siyahısını təqdim edib.
2025-ci il oktyabrın 4-də keçiriləcək yerli özünüidarəetmə
seçkilərində “Gürcü arzusu”nun proporsional siyahısında bir nömrəli
namizəd olan Amiran Qiorqadze sosial şəbəkədə partiyanın majoritar
namizədlərinin siyahısını dərc edib.
Marneulidə “Gürcü arzusu”nun majoritar namizədlərinin siyahısı
belədir:
- Vasil Xaxulaşvili – Marneuli şəhəri 1 saylı seçki
dairəsi
- Tariel Məmmədov – Marneuli şəhəri 2 saylı seçki
dairəsi
- Anar Piriev – Marneuli şəhəri 3 saylı seçki
dairəsi
- Levon Akopyan – Şaumyani qəsəbəsi
- Mahir Bayramov – Algeti icması
- Qurqen Qoqiyan – Ağkörpü icması
- Adil Qurbanov – Dəmyə-Görarxı icması
- Dimitri Abramişvili – Tamarisi icması
- Bünyat Tükənov – Qasımlı icması
- Marina Maçaraşvili – Tsereteli icması
- Aleksander Urumov – Opreti icması
- Ayaz Xudiyev – Sadaxlı icması
- Nazilə Mustafayeva – Kəpənəkçi icması
- Omar İrişov – Kürtlər icması
- Məharət Allahverdiyev – Qaçağan icması
- Ceyhun Çoydarov – Qızılhacılı icması
- Xaqani Osmanov – Qullar icması
- Taleh Binnətov – Şulaveri icması
- Vano Burnadze – Tserakvi icması
- Arsen Axverdyan – Xocorni icması
Yerli özünüidarə seçkilərində Marneulinin 20 majoritar dairəsindən
dördündə yalnız “Gürcü arzusu” namizəd irəli sürüb. Ən çox
majoritar namizəd isə Tamarisi icmasında qeydə alınıb. Burada 3
nəfər majoritar deputatlıq uğrunda mübarizə aparacaq.
20 dairədən 4-də yalnız “Gürcü arzusu” namizəd
irəli sürüb. 20 dairədən 15-də “Gürcü arzusu” və “Lelo – Güclü
Gürcüstan”ın namizədləri mübarizə aparacaq. 20 dairədən 1-də “Gürcü
arzusu”, “Lelo – Güclü Gürcüstan” və “Gürcüstan Mühafizəkarları”nın
namizədləri qeydə alınıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.