Daxili İşlər Nazirliyi Marneulili dövlət məmuru oğlunun azyaşlılara
qarşı zorakılıq etməsi ilə bağlı araşdırmalara başlayıb.
Mətbuatda yayılan məlumata görə, bu gün, sentyabrın 19-da Marneuli
Bələdiyyə Məclisinin sədr müavininin oğlu gürcü dilini bilmədiyi
üçün şirniyyat mağazasının işçisinə fiziki təzyiq göstərib.
Yayılmış videoda səs-küy eşidilir, Riçard Qiqaninin oğlu görünür və
vətəndaşdan “kənara çəkilməsini” xahiş edir. Rus
dilində ifadələr
eşidilir:
"Успокойся брат" (Sakit ol,
qardaş).
Bələdiyyə Məclisinin digər üzvü Beso Qelenidze də oradadır. 24
News-un yaydığı məlumata görə, hadisə yerinə hüquq-mühafizə
orqanları gəlib.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci
hissəsi ilə istintaqa başlanılıb. Həmin maddə yetkinlik yaşına
çatmayan şəxsə qarşı zorakılıq tətbiq edilməsini nəzərdə tutur.
Qurum indiki mərhələdə saxlanılanların təqsirli olub-olmadığını
dəqiq qeyd etmir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.