Qızılhacılı kəndində yol çöküb, sürücülər çətinliklərlə üzləşiblər (VİDEO)
Poniçala-Marneuli-Ququti yolunun Qızılhacılı kəndi ərazisindən keçən hissəsində yol çöküb. Çökmə Qızılhacılı körpüsünün yaxınlığında qeydə alınıb və hazırda nəqliyyatın normal hərəkətinə ciddi maneələr yaradır.

Sürücülər “Marneuli” radiosuna bildirirlər ki, həmin ərazidən keçərkən avtomobillər çətinliklə hərəkət edir. Sakinlər və sürücülər aidiyyəti dövlət qurumlarını tədbir görməyə və yolun bərpasını təmin etməyə çağırırlar.

“Marneuli” radiosu Avtomobil Yolları Departamenti ilə əlaqə saxladı.
İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, yolun çökmüş hissəsindən su sızdığı üçün təmir işlərini apara bilmirlər. Suyun sızdığı hissədən Birləşmiş Su Təchizatı Şirkətinin içməli su və kanalizasiya xətləri keçir. Departamentdən həmçinin əlavə etdilər ki, müvafiq problem Birləşmiş Su Təchizatı Şirkəti tərəfindən həll olunan kimi yolun çökmüş hissəsi təmir ediləcək.

Məsələyə aydınlıq gətirmək üçün Birləşmiş Su Təchizatı Şirkəti ilə də əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, Qızılhacılı yolunda çökmə ilə bağlı məlumatları var. Qeyd olunan məsələ ilə bağlı podratçı şirkətə məlumat verilib və 10 gün ərzində problem öz həllini tapmalıdır.


Qeyd edək ki, Marneuli şəhəri və ətraf kəndlərin su təchizatı və kanalizasiya layihəsinə 2019-cu ildə başlanılıb. Layihə çərçivəsində yollar qazılıb, infrastruktur sıradan çıxıb və bu, həm ictimai nəqliyyata, həm də şəxsi avtomobillərə ziyan vurub.

Əvvəlcə “Akelik Group” şirkəti layihəni 2021-ci ilin mart ayına kimi başa çatdırmalı idi, lakin öhdəliklərini yerinə yetirə bilmədi. Bu səbəbdən 55 940 022 dollar dəyərində layihə dayandırıldı.

Su təchizatı şirkəti daha sonra Türkiyə və Çin şirkətləri ilə yeni müqavilə imzaladı. İşlər "China Geo-Engineering Corporation" (CGC) və "POLAT Yol Yapı Sanayi və Ticaret Anonim Şirketi" tərəfindən həyata keçirilir.

Layihəyə Asiya İnkişaf Bankı tərəfindən 135 milyon laridən artıq maliyyətə ayrılıb. Buraya yeni su təchizatı şəbəkəsinin, nasos stansiyasının, su anbarlarının, yeni kanalizasiya şəbəkəsinin və müasir standartlara cavab verən təmizləyici qurğunun tikintisi daxildir.

Layihə başa çatdıqdan sonra Marneuli əhalisi 24 saat su təchizatı və yeni kanalizasiya infrastrukturu ilə təmin olunmalıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google