"Bu, arzuolunmaz, pis faktdır. Bu, səhv idi" - Amiran Qiorqadze "Gürcü Arzusu" məmurunun oğlunun törətdiyi zorakılıq barədə
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin bəyanatına görə, sentyabrın 19-da şirniyyat mağazalarından birində azyaşlıya qarşı zorakılıq edən Mamuka Qiqani barəsində intizam icraatı başlanacaq.

Mamuka Qiqani Marneuli Bələdiyyə Məclisinin əməkdaşı və sədr müavini Riçard Qiqaninin oğludur. Bu gün, sentyabrın 22-də Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Marneuli” radiosu ilə söhbətində Qiqaninin azyaşlıya qarşı zorakılıq etdiyini bildirib. O, zorakılığı qınayaraq
baş verənləri arzuolunmaz hadisə kimi qiymətləndirib. Qiorqadze Mamukanın bu hərəkəti qəsdən etmədiyini, sərxoş vəziyyətdə olduğunu və səhvə yol verdiyini qeyd edib.

"Bu, arzuolunmaz, pis bir faktdır, amma hamıya demək istəyirəm ki, bu, qəsdən olmayıb. Səhv baş verib. Həmin şəxs sərxoş olub və buna görə də səhv edib, indi məsuliyyətə cəlb olunub. Ayılanda vəziyyəti özü analiz edib, bildiyimə görə, polisə təslim olub, araşdırma aparılır. Cinayət faktı təsdiqlənərsə, hüquq-mühafizə orqanları qanuna uyğun hərəkət edəcəklər,"
– Amiran Qiorqadze deyib.

Marneuli Bələdiyyə Məclisinin sədri belə faktların pis olduğunu, lakin onların siyasiləşdirilməməsinin vacibliyini vurğulayıb. Qiorqadze ictimaiyyəti lazımsız açıqlamalardan və bu kimi hadisələrdən çəkinməyə çağırıb.

"Hər kəsə demək istəyirəm ki, belə faktlar pisdir, bu məsələləri siyasiləşdirməməliyik. Əksinə, mən hər kəsdən xahiş edirəm ki, biz Marneulinin etnik bələdiyyə olması ilə fəxr edirik, biz bir-birimizin mədəniyyətinə, dininə, adət-ənənələrinə həmişə hörmətlə yanaşırıq. Bu, bizim üçün böyük bir ailədir, burada hörmət və sevgi ilə yaşamalıyıq. Hamıdan xahiş edirəm ki, belə hadisələrdən və lazımsız şərhlər verməkdən çəkinin," – Amiran Qiorqadze bildirib.

Marneuli Bələdiyyə Məclisi sədrinin izahatına görə, Mamuka Qiqaninin təqsiri sübuta yetirilərsə, o, qərar çıxarıb Qiqanini işdən azad edəcək. O, həmçinin Bələdiyyə Məclisində də intizam icraatına başlanacağını bildirib.

"İttihamlar sübuta yetirilərsə, onun işdən azad edilməsi ilə bağlı qərar qəbul edəcəm. Biz, əlbəttə ki, zorakılığı pisləyirik. Qanun qarşısında hamı bərabərdir. Cinayət sübuta yetirilməsə, yenə də iş yerində intizam icraatına başlayacağıq,"
– Amiran Qiorqadze deyib.

Mediada yayılan məlumata görə, sentyabrın 19-da Marneuli Bələdiyyə Məclisi sədr müavininin oğlu şirniyyat mağazasının işçisinə gürcü dilini bilmədiyi üçün fiziki təzyiq göstərib.

Yayılan videoda Riçard Qiqaninin oğlunun göründüyü və vətəndaşdan “kənara çəkilməsini” xahiş etdiyi eşidilir. İfadələr rus dilindədir: “Успокойся брат” (Qardaş, sakit ol).
Hüquq müdafiəçisi Samirə Bayramovanın sözlərinə görə, azyaşlıya qarşı zorakılıq işində Marneuli meriyasının əməkdaşı, “Gürcü Arzusu”nun proporsional siyahısına daxil olan Tornike Mtvarelidze də iştirak edib. O, azyaşlıya şifahi söyüşlər edir.

Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsi, yəni yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq göstərmə ilə bağlı araşdırma başlayıb.

Bu gün, sentyabrın 22-də zərərçəkmiş azyaşlıya və onun ailə üzvlərinə yerli özünüidarəetmə və hökumət tərəfindən təzyiqlər edildiyi barədə petisiya dərc olunub.

Petisiyada “Gürcü Arzusu” partiyasından olan Riçard Qiqani və Tornike Mtvarelidzenin yerli özünüidarəetmə seçkilərinin proporsional siyahısından çıxarılması və Marneuli bələdiyyəsində tutduqları vəzifələrdən azad edilməsi tələb olunur. O, həmçinin Mamuka Qiqaninin Marneuli Bələdiyyəsindən azad edilməsini, hüquq-mühafizə orqanlarının zərərçəkənə və onun ailə üzvlərinə təzyiqləri dərhal dayandırmasını tələb edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər