"Gürcü Arzusu" partiyasının yüksək vəzifəli məmuru, Bələdiyyə
Məclisinin əməkdaşı Mamuka Qiqaninin Marneulidə bir şirniyyat
mağazasında
azyaşlıya qarşı zorakılıq etməsi ilə bağlı petisiya
yayımlanıb.
Mamuka Qiqani Marneuli Bələdiyyə Məclisinin əməkdaşı və sədr
müavini Riçard Qiqaninin oğludur. Mediada yayılan məlumata görə,
sentyabrın 19-da Marneuli Bələdiyyə Məclisi sədr müavininin oğlu
şirniyyat mağazasının işçisinə gürcü dilini bilmədiyi üçün fiziki
təzyiq göstərib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyində Cinayət
Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsi (yetkinlik yaşına
çatmayan şəxsə qarşı zorakılıq göstərmə) üzrə araşdırma
başlanıb.
"Hadisə zamanı Mamuka Qiqani gürcü dilini bilmədiyi üçün mağaza
işçisini vurub, Tornike Mtvarelidze isə işçini təhqir edərək onu
zorla mağazadan çıxarıb və 'vətəninə qayıt' deyib. Bu hadisə təkcə
yerli azərbaycanlı icmasında deyil, həm də Gürcüstan cəmiyyətində
ciddi narazılıq yaradıb. Hüquq-mühafizə orqanları yalnız bir gün
sonra Mamuka Qiqanini həbs ediblər, lakin Tornike Mtvarelidzeyə
qarşı heç bir hüquqi tədbir görülməyib. Hazırda zərərçəkmişə və
onun ailəsinə yerli hakimiyyət və polis tərəfindən təzyiqlər
edildiyi, ailənin isə mənəvi-psixoloji təzyiqə məruz qaldığı barədə
məlumatlar yayılıb", - deyə petisiyada
bildirilir.
Hüquq müdafiəçisi və fəal Samirə Bayramovanın müəllifi olduğu
petisiyada qeyd olunur ki, azərbaycanlıların sıx məskunlaşdığı
rayonun sosial-iqtisadi inkişafına dövlət lazımi diqqət ayırmır.
Gürcü dilinin üstünlük təşkil etməsi etnik azərbaycanlıların
ictimai həyatda, dövlət idarəçiliyində, səhiyyə və digər
xidmətlərdə iştirakına mane olur. Petisiyada bildirilir ki, dövlət
bu problemlərin həlli üçün uzunmüddətli adaptasiya proqramlarını
həyata keçirməyib.
Petisiyaya görə, milli azlıqların inteqrasiyası bəzi dövlət
siyasətçiləri üçün prioritet deyil, bu səbəbdən də uzunmüddətli və
ardıcıl bir strategiya hazırlanmayıb.
"Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dilini
bilməməsi təkcə icmadakı ənənəvi mühitin nəticəsi deyil, həm də
dövlətin tarixi, təhsil, sosial və siyasi sahələrdə kifayət qədər
ardıcıl və keyfiyyətli siyasət həyata keçirə bilməməsinin
nəticəsidir", - petisiyada vurğulanır.
Petisiyada "Gürcü Arzusu" partiyasından olan Riçard Qiqani və
Tornike Mtvarelidzenin yerli özünüidarəetmə seçkilərinin
proporsional siyahısından çıxarılması və Marneuli bələdiyyəsində
tutduqları vəzifələrdən azad edilməsi tələb olunur. O, həmçinin
Mamuka Qiqaninin Marneuli bələdiyyəsindən azad edilməsini, yerli
özünüidarəetmə strukturlarında ayrı-seçkilik və tolerantlıq
mövzusunda məcburi maarifləndirici proqramların tətbiqini tələb
edir.
Müraciətdə hüquq-mühafizə orqanlarından zərərçəkmiş şəxsə və onun
ailə üzvünə qarşı təzyiqlərin dərhal dayandırılması və
qanunvericiliyə uyğun olaraq müstəqil, şəffaf araşdırma aparılması
tələb edilir.
Petisiyada həmçinin aşağıdakı tələblər yer alır:
- Ayrı-seçkiliyə qarşı qanunların icrası gücləndirilməli
və pozuntulara görə real, ədalətli sanksiyalar tətbiq
edilməlidir.
- Təhsil, səhiyyə, məşğulluq və ictimai xidmətlərdə
bərabər imkanlar təmin edilməlidir.
- Gürcüstanın Xalq Müdafiəçisi və müstəqil nəzarət
orqanları tərəfindən ayrı-seçkilik şikayətlərinin səmərəli və
qərəzsiz araşdırılması təmin edilməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.