Marneuli Bələdiyyə Məclisinin iclasında meriya və Bələdiyyə
Məclisinin əsasnaməsindən “gender bərabərliyi” ifadəsi
çıxarılıb.
Bu məsələ ilə bağlı Məclisdə gender termininin aradan qaldırılması
üçün dörd məsələ müzakirə olunub.
Bələdiyyə Məclisinin reqlamentindən gender bərabərliyi termini
çıxarılıb. Məsələni təqdim edən Tsotne Boçoidze iclasda bildirib
ki, genderin reqlamentdən çıxarılmasına qanunvericilikdə edilən
dəyişikliklər və hökumətin tövsiyəsi səbəb olub.
“Bu ilin avqust ayında Gürcüstan hökumətinin
administrasiyasından tövsiyə məktubu daxil olub. Məktubda qeyd
olunub ki, Marneuli Bələdiyyə Məclisinin reqlamentində gender
bərabərliyi termini yenidən nəzərdən keçirilməli və müvafiq olaraq
qadın və kişi bərabərliyi ifadəsi ilə əvəz
olunmalıdır”, – Tsotne Boçoidze deyib.
“Qadın və Kişi Bərabərliyi Şurası”nın əsasnaməsindən də gender
bərabərliyi termini çıxarılıb. Bələdiyyə Məclisi Aparatının üzvü İa
Esebuanın sözlərinə görə, dəyişiklik hökumətin tövsiyəsi əsasında
edilib.
Gender bərabərliyi termini Marneuli Bələdiyyəsinin və meriyanın
Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının
Müdafiəsi və Dəstəkgöstərmə Xidmətinin əsasnaməsində də yer
almır.
“Gürcü Arzusu” Partiyası 2025-ci ilin martında “gender” termininin
qanunvericilikdən çıxarılmasını dəstəkləyib. Qanun layihəsinin
müəllifləri və təşəbbüskarları “Gürcü Arzusu”nun, həmçinin ondan
ayrılan müxalifət – “Xalq Hakimiyyəti”nin deputatları olub.
Qanunvericilikdə edilən dəyişikliyə əsasən, “gender” termini
Gürcüstan qanunvericiliyindən çıxarılıb və “qadınlar və kişilər
arasında bərabərlik” ifadəsi ilə əvəz edilib.
Marneuli Bələdiyyə Məclisinin 16 iyun tarixində keçirilən iclasında
meriyanın Gender Bərabərliyi Şurasının adı dəyişdirilərək Qadın və
Uşaq Problemləri üzrə Şura adlandırılıb.
Həmçinin, 6 may tarixində keçirilən iclasda meriyanın
“Gender məsələləri və qeyri-hökumət sektoru ilə
əlaqələr” şöbəsinin adı dəyişdirilib. Yeni ad
“Qadın və kişi bərabərliyi, innovasiyalar və beynəlxalq
əlaqələr şöbəsi” olub.
Gender sosial və mədəni amillərlə müəyyən olunur. O, qadın və
kişilərin sosial cəhətdən öyrənilmiş davranışlarını,
xüsusiyyətlərini və münasibətlərini əhatə edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.