“Gürcü arzusu” Kvemo Kartli üzrə bütün namizədlərimizi qazanmağa çalışır – Aqil Mustafayev
“Lelo – Güclü Gürcüstan”ın Marneuli rayon təşkilatının rəhbəri və 2025-ci il yerli özünüidarə seçkiləri üçün proporsional siyahının birinci nömrəsi Aqil Mustafayev bildirib ki, “Gürcü arzusu” Kvemo Kartlinin bütün bölgələrində partiyanın namizədlərini qazanmağa çalışır.

Bu gün, sentyabrın 23-də Aqil Mustafayev “Lelo”nun Bolnisi merliyinə namizədi Asəf Çıraqovun “Gürcü arzusu”nun lehinə namizədliyini geri götürməsi ilə bağlı danışıb.

“Tarixdə ilk
dəfə müxalifət partiyası, konkret olaraq ‘Lelo – Güclü Gürcüstan’, Bolnisi bələdiyyəsində etnik azərbaycanlı gəncin namizədliyini irəli sürüb. Artıq bir neçə aydır ki, Bolnisidə və onun kəndlərində aktiv seçkiqabağı görüşlər keçiririk. Çox təəssüf ki, o, sizi belə bir qərarla məyus etdi. Amma bu, Bolnisi bələdiyyəsində seçkiqabağı görüşlər keçirməyəcəyimiz demək deyil. Əksinə, seçki kampaniyamız daha da güclənəcək”,
– Aqil Mustafayev deyib.

Mustafayevin sözlərinə görə, Asəf Çıraqovun namizədliyinin geri götürülməsi “Gürcü arzusu”nun çətin vəziyyətdə olduğunu və seçkilərə hər vasitə ilə təsir göstərməyə çalışdığını göstərir.

“Biz bundan sonra da daha güclü şəkildə işləməyə davam edəcəyik. İndi ‘Gürcü arzusu’nun yanaşması daha aydın oldu – azərbaycanlı gəncin siyasi karyerasına necə ləkə vurdular. Bu davranış ‘Gürcü arzusu’nun vəziyyətinin yaxşı getmədiyini göstərir. Onlar bu cür addımlarla seçkilərdə qalib gəlməyə çalışırlar. ‘Gürcü arzusu’ Kvemo Kartli üzrə bütün mer və majoritar namizədlərimizi qorxutmağa və ya rüşvət verməyə çalışır ki, onları qazansın, namizədliklərini geri götürsünlər”, – Aqil Mustafayev bildirib.

Dünən, sentyabrın 22-də “Lelo – Güclü Gürcüstan” partiyasının Bolnisi merliyinə namizədi Asəf Çıraqov “Facebook” səhifəsində Bolnisi merliyinə “Gürcü arzusu” namizədi ilə fotosunu dərc edib və seçkilərdən namizədliyini geri götürdüyünü yazıb.

Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər oktyabrın 4-də keçiriləcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər