Marneulidə adam öldürməyə cəhd ittihamı ilə bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi Marneuli bələdiyyəsində adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlama ittihamı ilə 2004-cü il təvəllüdlü şəxsi həbs edib.

“İsti izlər və istintaq nəticəsində Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah-sursat saxlama, gəzdirmə ittihamı ilə əvvəllər məhkum olunmuş 2004-cü il
təvəllüdlü R.M.-ni həbs edib.

İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs İ.Q.-ya qarın boşluğundan atəş açıb və hadisə yerindən qaçıb”,
– DİN-in məlumatında bildirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları R.M.-nı əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədən bir neçə saat sonra saxlayıb. Xəsarət alan şəxs müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108 və 236-cı maddələrinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır. Törədilmiş cinayətə görə 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən maddi sübut kimi odlu silah götürülüb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər