“Marneuloba 2025”in tarixi dəyişdirilib. Sentyabrda keçirilməsi
nəzərdə tutulan tədbir oktyabr ayına təxirə salınıb.
Səbəb tenderlərin uğursuz olması və dayandırılmasıdır.
Tender alqı-satqı səhifəsində ilk tender iyulun 22-də qeydə alınıb.
Tenderdə üç şirkət – City Event Georgia MMC, Store+ MMC və I Travel
MMC iştirak edib. Lakin “Store+” MMC texniki sənədləri səhv
doldurduğuna görə meriya tərəfindən tenderdən
kənarlaşdırılıb. Bu
qərar Dövlət Alqı-satqı Mübahisələrinə Nəzarət Şurası tərəfindən
ləğv edilsə də, meriya yenidən tenderin dayandırıldığını elan
edib.
İkinci tender 2 sentyabr tarixində elan olunub. Bu dəfə “Ai Travel”
MMC və Story+ şirkətləri iştirak edib. Hər iki şirkət texniki
sənədlərə görə tenderdən uzaqlaşdırılıb və tender uğursuz elan
olunub.
Üçüncü tender isə dəyişməz olaraq sentyabrın 22-də elan edilib.
Meriya 198 788 lariyə “Marneuloba 2025”in qeyd olunmasını nəzərdə
tutur. Müqayisə üçün, 2024-cü ildə eyni tədbir üçün ayrılan məbləğ
168 898 lari təşkil edib ki, bu da bu ilki xərclərdən 30 min lari
azdır.
“Marneuloba”nın keçirilmə tarixi 10–31 oktyabr olaraq
göstərilib.
İşlərə daxildir:
- Səhnənin təşkili və texniki dəstək (səs,
işıqlandırma);
- Aparıcıların və musiqiçilərin – o cümlədən etnik
azərbaycanlı ifaçıların – dəvəti;
- Uşaq və idman meydançalarının təşkili;
- Atəşfəşanlıq, animatorlar, DJ-lər, foto guşələrinin
yaradılması;
- Bazar tipli guşələrin təşkili və yerli sahibkarların
cəlb edilməsi.
- Bundan əlavə, bir neçə ənənəvi element də nəzərdə
tutulur: Svaneti və Acarıstan maketləri, təzə meyvə və çörək ilə
gürcü guşəsi, gürcü güləşi turniri və s.
Meriya Marneuli bayramını 2023-cü ildən qeyd etməyə başlayıb və bu
tədbir hər il keçirilən ənənəyə çevrilməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.