Xram Böyük Təpədə 40 illik fasilədən sonra arxeoloji qazıntılar davam edir
40 illik fasilədən sonra Xram Böyük Təpədə arxeoloji qazıntılar bərpa olunub. Layihə Şota Rustaveli adına Gürcüstan Milli Elm Fondunun Doktorantura Təhsil Proqramları üzrə qrantı ilə həyata keçirilir. Layihənin rəhbəri, İlia Dövlət Universitetinin arxeologiya üzrə doktorantı Mariam Eloşvili “Marneuli” radiosuna müsahibəsində bildirib ki, Xram Böyük Təpə Qafqazda bu günə qədər qalmış ən böyük neolit yaşayış məskənidir və onun
ərazisi təxminən 4 hektardır.

“Neolit yaşayış məskəni 1960-cı illərdə əvvəlcə cənab Otar Caparidze, sonra isə cənab Aleksandr Cavaxişvilinin rəhbərlik etdiyi Kvemo Kartli Arxeoloji Ekspedisiyası tərəfindən aşkar edilib. Xram Böyük Təpə qısa müddətdə tədqiqatçıların diqqətini cəlb edib. 1972-ci ildə Aleksandr Cavaxişvili yaşayış məntəqəsində arxeoloji ekspedisiyaya başlayıb. 1975-ci ildən isə doktor Tamaz Kiquradze rəhbərlik edib. O, nadir memarlıq və arxeoloji əsərlərlə seçilən bu abidənin tədqiqinə 10 il həsr edib. 2002-ci ildə vəfat edib. Ondan sonra 40 il ərzində arxeoloji qazıntılar aparılmayıb. 2023-cü ildən isə qazıntıları yenidən başladıq. Şota Rustaveli adına Gürcüstan Milli Elmi Fondunun Mobillik və Beynəlxalq Elmi Tədbirlər proqramı çərçivəsində həyata keçirilən ilk kampaniyamız köhnə quyunun təmizlənməsi və analitik nümunələrin toplanmasını nəzərdə tuturdu. “Yay məktəbi – Neolit kəndinin fənlərarası tədqiqi” layihəsi Xram Böyük Təpəni dirçəltməyə və elmi dövriyyəyə qaytarmağa imkan verdi. “Xram Böyük Təpədən Neolit cəmiyyətinin sosial-iqtisadi və mədəni aspektləri (PHDF-23-059)” adlı layihə bütövlükdə Xram Böyük Təpəni, onun ətraf ərazilərini və daha geniş şəkildə Debed çayı hövzəsini əhatə edir”, – deyə Mariam Eloşvili bildirib.

Arxeoloqun sözlərinə görə, Marneuli meriyası yaşayış məntəqəsinin öyrənilməsinə maddi dəstək göstərir:

“Qeyd edək ki, Marneuli meriyası 2025-ci ildən yaşayış məntəqəsinin arxeoloji tədqiqinə maliyyə dəstəyi verir ki, bu da tədqiqatların davam etdirilməsi üçün çox vacibdir. Xram Böyük Təpənin öyrənilməsi, əvvəlki və gələcək kəşflər Marneuli vadisinin neolit dövründə çiçəklənməsini bir daha təsdiqləyir. Hazırda Kəsik Təpə, İmir Təpəsi və Şualveri Təpəsi də araşdırılır. Buna görə də Xram Böyük Təpənin tədqiqi meriya, daha dəqiq desək, Debed çayı mikroregionu üçün mühüm əhəmiyyət daşıyır.”

Xram Böyük Təpədə yay məktəbi də təşkil olunub. Onun məqsədi Neolit dövrünə, Marneuli bələdiyyəsinə və abidələrə marağı artırmaqdır. Ekspedisiya gələcək tədqiqatları burada davam etdirməkdə maraqlı olan gənc alim və tələbələrdən ibarətdir.

“Biz hesab edirik ki, tələbələrə abidə və material üzərində işləmək imkanı verən bir illik yay məktəbimiz, həmçinin 2026-cı ilin sonuna qədər ictimaiyyətə təqdim olunacaq məqalənin dərc olunması bu marağı daha da artıracaq. Biz yerli əhalidə tarixə, arxeologiyaya və mədəni irsə sevgi aşılamaq üçün çox çalışırıq. İnsanlar bilməlidirlər ki, onların ətrafındakı mədəni irsin qorunması nə qədər vacibdir. Yay məktəbi çərçivəsində biz Ağməmmədli ictimai məktəbində görüş keçirdik və Xram Böyük Təpənin əhəmiyyətini yuxarı sinif şagirdlərinə təqdim etdik. Bizim gələcək üçün böyük planlarımız var. Arzumuz və məqsədimiz bu abidəni araşdırmaq, landşaftı və ekoloji şəraiti öyrənmək, neolit cəmiyyətlərinin gündəlik həyatını yenidən canlandırmaqdır. Bizim “dəlicəsinə” bir arzumuz da var – yaxınlıqda neolit dövrünə aid kənd inşa etmək və yerli əhalinin arxeologiyanın rəngarəng dünyası ilə tanış olmasına şərait yaratmaq”, – deyə Mariam Eloşvili vurğulayıb.

Xram Böyük Təpə niyə unikaldır və müasir abidələrdən nə ilə fərqlənir?

Keçən əsrin qazıntılarının göstərdiyi kimi, burada bir sıra memarlıq dəyişiklikləri baş verib. Məsələn, dairəvi evlər dəyişərək yuvarlaq küncləri olan düzbucaqlı formaya keçib. Mürəkkəb yaşayış məskənləri yaranıb – həyətdə bir neçə tikili birləşdirilib. Tikinti materialı kimi daş parçalardan istifadə olunub, lakin bu mədəniyyətə aid yaşayış məskənlərinin inşası yalnız kərpiclə təsdiqlənib. Memarlıq və tikinti planlaşdırmasında əksini tapan bu dəyişikliklər, yəqin ki, həmin dövrdə baş verən sosial-iqtisadi dəyişikliklərlə bağlıdır. Bundan əlavə, yaşayış məntəqəsində 9 tikinti təbəqəsi müəyyən edilib ki, bu da uzun illər fasiləsiz həyatın izlərini göstərir. Burada onlarla qadın gil heykəlciyi, üç müxtəlif tipli ocaq (bunların da sosial-mədəni xüsusiyyətlərlə bağlı olduğu ehtimal edilir) aşkar olunub. Bu cəmiyyətin texnoloji tərəqqisini vurğulayan keramika, sümük və buynuz nümunələri də tapılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər