Tbilisidə dönər satıcısını etnik zəmində silahla hədələyiblər
Daxili İşlər Nazirliyinin məlumatına görə, isti izlərlə saxlanılan şəxs dönər köşkünə silahla gələrək oranın işçisini hədələyib.

Hadisə sentyabrın 24-də Tbilisinin Marcanişvili ərazisində baş verib. Dönər satıcısının sözlərinə görə, insidentin səbəbi etnik zəmində yaranmış qarşıdurma olub.

“Dönər almağa gəldi, gürcü dilində danışmağa başladı. Dedi ki, acı bibərsiz istəyir. Üstümə qışqırırdı. Mən yeməyi hazırlayırdım, sifarişi isə başqa
işçi qəbul edirdi. Ona görə də düşündüm ki, mənə demir. Kameralarda da görünür, arxam ona doğru dayanmışam, işimlə məşğulam. Birdən başladı qışqırmağa: “Gürcü dilini başa düşmürsən? Niyə bilmirsən? Müsəlmansan?” Mən də dedim ki, bəli, Bolnisidənəm. Onda daha da aqressivləşdi, müsəlmanlara qarşı açıq-aşkar nifrət göstərirdi. Silah çıxardı və mənə tuşladı. Qarşıda anam dayanmışdı, əvvəlcə ona tuşladı silahı”,
– deyə zərərçəkən “TV Pirveli”-yə bildirib.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 151-ci (hədə-qorxu) və 236-cı (odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) maddələri ilə istintaq aparılır. Nazirliyin məlumatına görə, hadisəni törədən şəxs isti izlərlə, qısa müddətdə saxlanılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google