Marneulidə şirniyyat mağazasında yeniyetməyə qarşı zorakılıq faktına “Bütöv Azərbaycan Ocaqları” münasibət bildirib
Azərbaycanda fəaliyyət göstərən “Bütöv Azərbaycan Ocaqları” Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlunun Marneulidə şirniyyat mağazalarından birində çalışan yeniyetməyə gürcü dilini bilmədiyinə görə şillə vurması faktına münasibət bildirib.

Bu barədə məlumatı Samirə Bayramova öz “Facebook” hesabında paylaşıb.

“Bütöv Azərbaycan Ocaqları” Azərbaycan Türklərinə qarşı gürcü icmasının bu cür aqressiv hərəkətlərinin narazılıq və narahatçılıq doğurduğunu ifadə edir və Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən məsələyə prinsipial və qəti mövqe nümayiş etdirilməsini gözləyirlər.

“Bütöv Azərbaycan Ocaqları”nın bəyanatı:
“Mətbuatın xəbərinə görə,
Gürcüstanın Marneuli şəhərində gürcü dili tələbi zəminində şirniyyat evində insident baş verib.
Məlumata görə, insident zamanı Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlu "Melody" adlı şirniyyat evinə daxil olub və orada çalışan yeniyetmədən gürcü dilində danışmağı tələb edib.
Yeniyetmə gürcü dilində cavab verə bilmədikdə, həmin şəxs ona şillə vurub. Bu zaman ətrafda olan vətəndaşlar ilə həmin şəxs arasında qarşıdurma yaşanıb.

Gürcüstanlı ictimai fəal Samirə Bayramova Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzeyə açıq məktub ünvanlayıb.
Samirə Bayramova Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzeyə açıq məktubunda müavinlərindən Riçard Qiqaninin övladının azyaşlıya qarşı törətdiyi zorakılıq hadisəsini sərt tənqid edib.

Gürcüstanın son illər ən ağır dönəmlərində orada yaşayan Azərbaycan Türkləri heç vaxt separatçı proseslərdə iştirak etmədilər. Gürcüstanın ərazi bütövlüyü uğrunda əllərindən gələni etdilər. Çox təəssüflər olsun ki, inteqrasiyanın və həmrəyliyin tərəfdarı olan Azərbaycan Türklərinə qarşı gürcü qardaşlarımızın bu tip yuxarıdan aşağı baxaraq aqressiv hərəkətləri bizdə narazılıq və narahatçılıq doğurur. Ümid edirik ki, Gürcüstanın siyasi hakimiyyət dairələri millətlərarası münasibətlərdə gərginlik yaradan bu separatçı qüvvələrin qarşısını alacaqdır.
Biz Gürcüstanda yaşayan Azərbaycan Türklərinin gürcü dilini öyrənmələrinin əleyhinə deyilik. Əksinə, keyfiyyətli tədris olunmadığı üçün onların gürcü dilini zəif öyrənməsinin səbəbi Gürcüstan hakimiyyətidir.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Gürcüstan hüquq-mühafizə orqanlarının bu məsələdə prinsipial və qəti mövqe nümayiş etdirəcəklərini, millətlərarası münasibətlərdə gərginlik yaradacaq hərəkətlərin qarşısını alacaqlarını gözləyirik.
İctimai fəal Samirə Bayramovaya prinsipial mövqeyinə görə təşəkkür edir, ona mənəvi dəstəyimizi ifadə edirik”,
– bəyanatda deyilir.

Sentyabrın 22-də Marneuli Magistrat Məhkəməsində Marneulidə azyaşlıya qarşı zorakılıq işi üzrə həbs edilən Marneuli Bələdiyyə Məclisi əməkdaşı və Bələdiyyə Məclisi sədrinin müavininin oğlu Mamuka Qiqaninin məhkəməyə hazırlıq iclası keçirilib. Hakim Qvantsa Çikovani Qiqaniyə 15 min lari girov təyin edib. Bu isə o deməkdir ki, Qiqani 15 min lari ödəyərək həbsxananı tərk edib.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google