Marneuli merinin müavini Temur Şubitidzenin atası Paata
Şubitidzenin şirkətləri – “Ktsia” MMC və “Number One” MMC, Temur
Şubitidze mer müavini olduqdan sonra Marneuli bələdiyyəsində 49
milyon larilik tenderin qalibi olub.
“Beynəlxalq Şəffaflıq Gürcüstan” təşkilatı Paata Şubitidzenin
"Gürcü Arzusu"na 50 min lari bağışladığını bildirir.
"Marneuli merinin müavini Temur Şubitidzenin atası
Paata Şubitidze "Gürcü Arzusu"na 50 min lari ianə bağışlayıb. Onun
"Ktsia" MMC və "Number One" MMC şirkətləri 119 milyon lari
dəyərində tenderlərin qalibi olub, onun 49 milyonu oğlu mer müavini
təyin olunduqdan sonra əldə edilib”, – təşkilatın
məlumatında qeyd olunub.
“Beynəlxalq Şəffaflıq Gürcüstan”ın məlumatına görə, 2023-2024-cü
illərdə Şubitidzenin şirkətləri “Ktsia” və “Traumberg” ümumi sahəsi
96 610 kvadratmetr olan qum və çınqıl hasilatı üçün iki lisenziya
alıb. Paata Şubitidzenin “Ktsia” şirkəti 2011-ci ildən Marneuli
meriyasının tenderlərində qalib gəlir. Onun iştirak etdiyi ilk
tender 2011-ci il aprelin 13-nə təsadüf edir. Vladimir Tkeşelaşvili
“Ktsia” MMC-də də 50% səhmə malikdir. Onun səhmlərini Ketevan
Tkeşelaşvili idarə edir. Şirkət Marneuli Bələdiyyəsinin Araflı
kəndində qeydiyyatdadır.
İndiki mərhələdə “Ktsia” MMC-nin iki direktoru var. Bunlar Ketevan
Tkeşelaşvili və Teimuraz Qoqriçianidir.
Qeyd edək ki, 2023-cü il mayın 8-də “Marneuli” radiosunda “Marneuli
merinin müavininin atasının şirkəti son 17 ayda meriyadan 15 985
260 larilik tender qazanıb” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə
Temur Şubitidzenin Marneuli merinin müavini olduğu 2022-ci ildən
2023-cü ilin may ayına qədər “Ktsia” MMC-nin qazandığı tenderlər
müzakirə olunurdu. 24 may 2023-cü il tarixində Bələdiyyə Məclisinin
iclasında Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze
məqaləyə cavab vermişdi və
“mənə icazə verilsə, qanun
çərçivəsində bütün böyük tenderlərin hamısını Ktsia MMC-yə
verərdim” – deyə bildirmişdi.
Qiorqadze onu da qeyd etmişdi ki, “Ktsia” MMC Marneulidə yol
tikintisi işlərini ən yaxşı yerinə yetirən şirkətdir və burada
yerli əhali çalışır, öz karxanası var və heç bir problem olmadan öz
vəzifələrini yerinə yetirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.