Marneulidə “Lelo”nun üç majoritarı namizədliyini “Gürcü Arzusu”nun xeyrinə geri götürdü – Marneuli TV
Marneulidə “Lelo – Güclü Gürcüstan” partiyasının üç majoritar namizədi öz namizədliyini “Gürcü Arzusu”nun xeyrinə geri götürüb.
Məlumatı Region News (Marneuli TV) yayıb. Marneuli televiziyasının məlumatına görə, namizədliklərini Qullar, Birinci Kosalı və Qızılhacılı kəndlərinin majoritar namizədləri geri götürüblər.

Qızılhacılıda “Lelo – Güclü Gürcüstan”ın majoritar namizədi Qara Orucov idi. Marneuli televiziyasının yaydığı məlumata görə, Orucov namizədliyini “Gürcü
Arzusu”nun xeyrinə geri götürüb.

“Onun sözlərinə görə, bu qərarı heç bir məcburiyyət olmadan, öz istəyilə verib”, – deyə Marneuli televiziyası yazır.

Birinci Kosalıda “Lelo”nun majoritar namizədi Gülməmməd Qasımov idi. Televiziyanın məlumatına görə, Qasımov da öz namizədliyini “Gürcü Arzusu"nun xeyrinə geri götürüb.

Qullarda “Lelo”nun majoritar namizədi Hümbət Cəlilov idi. Marneuli TV-nin məlumatına görə, Cəlilov da öz namizədliyini “Gürcü Arzusu”nun xeyrinə geri götürüb.

“Onun sözlərinə görə, bu qərarı heç bir məcburiyyət olmadan, öz istəyilə verib”, – deyə Marneuli TV yazır.

Marneulidə ümumilikdə 20 majoritar dairə açılıb. 20 dairədən “Lelo”nun majoritar namizədi yalnız 16-da təqdim olunmuşdu. Bu gün yayılan məlumata əsasən, “Lelo”nun majoritar namizədləri yalnız 13 dairədə qalıb.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər