Bir müəllimə 15 şəxsiyyət vəsiqəsi – Marneuli uşaq bağçalarında seçkiqabağı tapşırıq
Marneuli uşaq bağçalarında çalışan işçilərdən seçkiqabağı dövr üçün 15 nəfərin şəxsiyyət vəsiqəsini təqdim etmələri xahiş olunub. Bu barədə məlumatı “Marneuli” radiosuna bələdiyyədəki bir neçə uşaq bağçasının əməkdaşı verib. Onlar məsələ ilə bağlı açıq danışa bilmədiklərini bildiriblər. Səbəb isə işdən çıxarılmaq qorxusu və onlara göstərilən təzyiqdir.

“Marneuli” radiosu üçün bu, ilk belə xəbər deyil. Hər seçki
zamanı müəllimlərdən inzibati resurs kimi istifadə olunması ilə bağlı dəfələrlə yazmışıq. Onların arasında sonuncusu 2024-cü il parlament seçkiləri zamanı olub. Bundan sonra Marneuli Uşaq Bağçaları Birliyi bizimlə ünsiyyət qurmur.

“Marneuli” radiosu bir neçə həftədir ki, Uşaq Bağçaları Birliyi ilə əlaqə saxlamağa çalışır. Lakin Marneuli meriyasının balansında olan qurumun rəhbəri və əməkdaşları zənglərimizə cavab vermirlər.

Müəllimlərdən şəxsiyyət vəsiqələrinin toplanması onların peşə öhdəliklərinin bir hissəsi deyil. Bu, qorxu və gərginlik mühiti yaratmaqla yanaşı, həm də mühüm hüquqi suallar doğurur: belə bir müraciət nə dərəcədə qanunidir? İşçi imtina edərsə, hansı hüquqlara malikdir? Və bu, seçki prosesinə necə təsir edəcək?

Hüquqşünas İrma Pavliaşvili məsələ ilə bağlı “Marneuli” radiosuna açıqlama verib. O bildirib ki, Gürcüstanın Seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqatda iştirak etmək hüququ olan istənilən şəxsin hər hansı siyasi partiyanın, namizədin və ya seçki subyektinin xeyrinə və ya əleyhinə inzibati resurslardan istifadə etməsi qadağandır.

Seçki Məcəlləsinin 45-ci maddəsi ilə aşağıdakılar qadağan edilir və inzibati resurslardan istifadə hesab olunur:
  • Dövlət işçilərinin, ictimai hüquqi şəxslərin işçilərinin, dövlət və ya bələdiyyə tərəfindən yaradılmış qeyri-kommersiya hüquqi şəxslərin işçilərinin, dövlət və ya bələdiyyə tərəfindən yaradılmış məktəbəqədər təhsil müəssisələrinin, ümumi təhsil müəssisələrinin direktorlarının, dayələrin, müəllimlərin və orada işləyən digər şəxslərin vəzifə əlaməti ilə toplanması;
  • Tabeliyində olan və ya başqa şəkildə asılı olan şəxsin namizədin irəli sürülməsinə və ya seçilməsinə şərait yaradan fəaliyyətdə iştirak etməsi.
Dövlət məmurlarına, ictimai hüquqi şəxslərin işçilərinə (ali və peşə təhsili müəssisələrinin, dini qurumların və Gürcüstan Vəkillər Kollegiyasının əməkdaşlarından başqa), dövlət və ya bələdiyyə tərəfindən yaradılmış qeyri-kommersiya hüquqi şəxslərin işçilərinə, eləcə də dövlət məktəblərinin müəllimlərinə iş vaxtı və ya vəzifə yerinə yetirdiyi müddətdə birbaşa təbliğatla məşğul olmaq qadağandır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google