Qara Orucov təhdidlərə görə geri çəkildi – “Lelo” səs yazısını yayımlayıb

“Lelo Güclü Gürcüstan” bildirir ki, Marneulinin Qızılhacılı kəndində majoritar deputatlığa namizəd Qara Orucov təhdid, zorakılıq və rüşvət hallarına görə namizədliyini geri götürüb.

Partiya səs yazısını yayıb və izah edir ki, səs yazısında Qızılhacılıda majoritar deputatlığa namizəd Qara Orucovun çıxışı yer alır.

Bu gün, sentyabrın 29-da “Lelo Güclü Gürcüstan” və “Gürcüstan naminə Qaxariya” partiyalarından Tbilisi merliyinə namizəd
İrakli Kupradze müxalifət partiyalarının namizədlərinin geri çəkilməsi ilə bağlı brifinq keçirib.

“Bizim əlimizdə səs yazısı var. Majoritar deputatlardan biri təzyiq, zorakılıq, hədə-qorxu və rüşvət cəhdi nəticəsində namizədliyini geri götürüb. O, “Gürcü arzusu” ilə əlaqəli bizneslərin, “qara dünyanın”, “Gürcü arzusu”nun əməkdaşlıq etdiyi “qanuni oğruların” adlarını çəkir. Bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin və keçmiş yerli polis idarəsinin əməkdaşlarının iştirakı ilə ona təzyiq göstərilib. Onun namizədliyi konkret təhdidlər, zorakılıq və satınalma müqabilində geri götürülüb”, – Kupradze açıqlayıb.

Brifinqdə “Lelo”nun məlumatına görə, Qızılhacılının majoritar namizədi Qara Orucovun danışdığı audioyazı təqdim olunub.

“- Oğlanlarım mənə belə elədi, mən artıq sizin yanınıza gəlməyə utanıram. Orada iri biznesmenlər var, oğrular. Mən onlarla maraqlanmıram, oğlum işləyir. Onlarla (qardaşım oğlu) işləyirdi, qohumum da onlarla idman zalında işləyirdi.
Sonra iş adamları mənə 100 min lari verdilər, 100 mindən çox, idman zalı üçün inventar, and olsun.
Sonra mənə dedilər ki, mən 70 yaşında deyiləm, cavanam, harada olsam da işləyəcəyəm, sonra da əvvəllər dediklərini təkrarladılar. Ayın 4-dən sonra yeni seçkilər təyin olunacaq, martda Parlament seçkiləri olacaq və siz də oraya təyinat alacaqsınız. Mən onlara dedim ki, hamınıza hörmət edirəm, amma həyatda mənim adımı pis elədiniz.
— Sonra nə danışdınız?
— Əhmədov dedi, sonra mənə açıqlama verdirdilər.
— Bilirəm, bilirəm. Əgər səriştəsizsinizsə... “Əgər vəziyyətiniz və böyük problemləriniz olmasaydı, bu addımı atmazdınız”. Mən onlara dedim ki, mən bu pulu həmişəlik istəmirəm, imkanım olanda qaytarmalıyam.”

Müxalifət partiyası Gürcüstan Prokurorluğunu bu işi araşdırmağa çağırır. Marneuli Bələdiyyəsində “Lelo Güclü Gürcüstan”ın 3 namizədi bir neçə gün əvvəl “Gürcü arzusu”nun lehinə namizədliyini geri götürüb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google