Quduzluq peyvəndi kimin üçün pulludur?
2023-cü ildə Marneulidə 1300 it dişləməsi halı qeydə alınıb. Statistik göstəricilər hər il artır və dişləmələrin əsasən sahibsiz heyvanlar tərəfindən baş verdiyi qeyd olunur. 2024-cü ilin ilk 5 ayının məlumatına görə, heyvanların insanları dişləməsi ilə bağlı 536 hal qeydə alınıb.

Marneuli bələdiyyəsində quduzluğa qarşı peyvənd üç tibb müəssisəsində vurulur: “Geo Hospital”, “Aversi” və MMC Ambulator Poliklinikalar
Birliyinin çoxşaxəli tibb müəssisəsində.

Peyvəndlər pulsuzdur, amma peyvəndin vurulması xidməti ödənişlidir. Bir neçə nəfər “Marneuli” radiosuna bildirib ki, yerli klinikalardan birində quduzluğa qarşı peyvənd vurdurmaq onlara 250 laridən baha başa gəlib.

Marneuli İctimai Sağlamlıq Mərkəzi üç klinikanı quduzluğa qarşı vaksinlərlə təmin edir. Müəssisənin rəhbəri Eter Laperadze “Marneuli” radiosuna açıqlamasında bildirib ki, peyvəndlər pulsuz verilsə də, klinikalar daxili standartlara əsasən xidmət haqqı tələb edir:

“Peyvəndlər pulsuzdur, amma həkim xidmətləri ödənişlidir. Bu, daxili standartlarla tənzimlənir. Bizdə quduzluğa qarşı üç kabinet var və həmişə belə olub. Yəni heç vaxt tibbi xidmət tamamilə pulsuz olmayıb. Peyvəndləri məndən alırlar və onlar pulsuzdur, lakin klinikaların xidmətlərinə görə nə qədər pul aldıqlarını bilmirəm”,
– Laperadze deyir.

Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin qaynar xəttindən “Marneuli” radiosuna verilən məlumata görə, vətəndaşın ümumi sığortası olmadığı halda peyvənd ödənişlidir.

Bu o deməkdir ki, şəxsi sığortası olmayan və maaşı, məsələn, 1000 lari məbləğini keçən şəxslər peyvənd üçün ödəniş etməlidir. Peyvəndlər dövlətin müxtəlif xidmətlərindən yararlanan vətəndaşlar üçün də pulsuzdur. Bu kateqoriyaya, məsələn, sosial cəhətdən həssas statusu olan şəxslər daxildir.

“Klinikalar xidmət haqqını müəyyən etmir, bu, vətəndaşın ümumi sığortasının olub-olmamasından asılıdır. Ümumi sığortada maliyyələşdirilən və maliyyələşdirilməyən kateqoriyalar mövcuddur. Ona görə də konkret halda hansısa klinikada vətəndaşa qarşı haqsızlıq olarsa, o, öz şəxsi məlumatları ilə bizə müraciət edərək quduzluğa qarşı peyvəndin dövlət tərəfindən maliyyələşdirilib-maliyyələşdirilmədiyini yoxlamalıdır”, – Nazirliyin qaynar xəttindən bildirilib (15.05).

Marneulinin “Aversi” klinikasında isə “Marneuli” radiosuna deyilib ki, maaşı 1000 laridən yuxarı olan vətəndaşlar üçün peyvəndin qiyməti 285 laridir. Məbləği ödəməkdən azad olan kateqoriyaya sosial cəhətdən həssas şəxslər və 18 yaşına çatmamış vətəndaşlar daxildir.

Qeyd edək ki, Marneuli meriyası illərdir sahibsiz itlərə sığınacaq xidmətlərinin göstərilməsi üçün tender elan edir. Burada eyni iddiaçı artıq beşinci ildir ki, müsabiqəsiz qalib gəlir və indiyədək büdcədən 189 342 lari dəyərində vəsait alıb. Bu vəsaitə zəruri hallarda evtanaziya və heyvanların morqa yerləşdirilməsi də daxildir.

Marneuli bələdiyyəsində indiyədək sahibsiz heyvanların qeydiyyatı aparılmayıb. Bələdiyyə Məclisi hələ də heyvanlara xidmət qaydaları ilə bağlı qərar qəbul etməyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər