Bolnisi Bələdiyyəsi Tandzia kəndində daxili yolun tikintisi üçün
elektron tender elan edib.
Müqavilənin təxmini dəyəri 300 000 laridir. Layihənin
maliyyələşdirilməsi belə bölüşdürüləcək: 5% yerli özünüidarəetmə
büdcəsindən, 95% isə dövlət büdcəsindən ayrılacaq.
Tender çərçivəsində torpaq işləri, yol örtüyünün tikintisi,
suötürücü boruların və yol nişanlarının quraşdırılması nəzərdə
tutulur. İşlərin başa çatdırılması üçün son müddət müqavilənin
imzalandığı tarixdən etibarən 60 gündür.
Tenderdə iştirak etmək istəyən iddiaçılar təkliflərini 3 oktyabrdan
6 oktyabr saat 14:00-dək təqdim edə bilərlər.
Qeyd edək ki, bir neçə gün əvvəl Tandzia kəndində “RMG Gold”a qarşı
etiraz aksiyası keçirilib. Sakinlərin qaldırdığı əsas problemlərdən
biri də yolların bərbad vəziyyətdə olması idi. Məhz bu səbəbdən
sentyabrın 24-də Tandziyada daxili yolun tikintisi ilə bağlı tender
elan olunub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.