Marneuli rayonunun Kürtlər kəndində içməli su borusunda baş verən
qəza nəticəsində artıq bir aya yaxındır ki, içməli su küçəyə və
evlərin həyətlərinə axır.
Kənd sakinlərinin sözlərinə görə, vəziyyət həm məişətdə problemlər
yaradır, həm də yol örtüyünü sıradan çıxarır.
Məsələyə aydınlıq gətirmək üçün “Kənd Suları” MMC-yə müraciət
etdik. İdarənin rəhbəri Akif Əliyev “Marneuli” radiosuna bildirdi
ki,
problemdən xəbərdardırlar. Onun sözlərinə görə, problemli boru
asfalt qatının altında yerləşdiyindən MMC-nin əməkdaşları təmir
işlərini apara bilmirlər.
“Borunun təmiri üçün asfalt qatı qazılmalıdır. Həmin
yol isə Avtomobil Yolları Departamentinə məxsusdur. Bunun üçün
Avtomobil Yolları Departamentinə müraciət etmişik və cavab
gözləyirik. İcazə aldıqdan sonra borunun təmirini tez bir zamanda
həyata keçirəcəyik”, – Akif Əliyev dedi.
Kənd sakinləri isə ümid edirlər ki, aidiyyəti qurumlar qısa
müddətdə problemi həll edəcək və həm su itkisi, həm də yolun
dağılması təhlükəsi aradan qaldırılacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.