“Salam” Qabal kəndində fəlakətdən zərərçəkmiş 60 ailəyə ərzaq aparıb
“Salam” təşkilatının mülki fəalları kampaniya çərçivəsində Laqodexi Bələdiyyəsinin Qabal kəndində təbii fəlakətdən zərər çəkmiş ailələr üçün 2 934 lari toplayıblar. Bu pulla məhsul və içməli su alınıb, 60 ailəyə paylanıb.

Təşkilat bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayıb və qeyd edib ki, fəallar işçi qrup vasitəsilə zərərçəkənlərin vəziyyətini müşahidə etməyə davam edir və lazım gəldikdə
digər yardım növləri göstərməyə hazırdır.

“Bildiyiniz kimi, srağagün mülki fəallar birgə müraciət ediblər ki, Qabalda təbii fəlakətdən zərər çəkənlərə yardım göstərilsin. Cəmi bir gün yarım ərzində biz birlikdə 2 934 lari topladıq.

Biz yerli sakinlərlə söhbət edərək əsas ehtiyacları öyrəndik və aldığımız pulla 60 ailəni ərzaq və içməli su ilə təmin etdik (ümumilikdə 2 378 lari). Qabalda olduğumuz müddətdə toplanan pulun bir hissəsi Qabal vətəndaşlarına dəstək üçün istifadə olunacaq.

Bu ümumi işə töhfə verən və verməkdə davam edən hər kəsə təşəkkür edirəm. Dəstəyiniz Qabal ailələri üçün düşündüyünüzdən daha çox şey deməkdir. Biz birlikdə çox şey edə bilərik”,
– deyə təşkilat bildirib.

Sentyabrın 27-də baş vermiş təbii fəlakət nəticəsində Laqodexidə, Gəncəli kəndində və Qabal icmasında evlər su altında qalıb.

Əhalinin böyük hissəsi Qabal çayının daşmasından sonra evlərə gətirdiyi daş və palçıqdan istifadə edərək evləri və həyətləri təmizləməyə çalışır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər