Marneulidə 8 uşaq bağçasının bərpası üçün elan edilmiş tender baş tutmayıb
Marneulidə fəaliyyət göstərən 8 uşaq bağçasının bərpası üçün tələb olunan layihə və smeta sənədlərinin hazırlanması üçün elan edilmiş tender baş tutmayıb. Dövlət alqı-satqısı saytında dərc olunmuş məlumata görə, həmin tenderdə heç kim iştirak etməyib.

Marneuli meriyasının elan etdiyi tenderə əsasən, aşağıdakı uşaq bağçalarının bərpaya/yenidənqurmaya ehtiyacı var:
  1. Marneuli şəhəri 4 saylı uşaq bağçası - bütün lazımi təhlükəsizlik qaydaları nəzərə alınmaqla və yeni binanın tikintisi nəzərə alınmaqla tam bərpa tələb olunur.
  2. Kəpənəkçi kənd uşaq bağçası - bütün zəruri təhlükəsizlik
    qaydaları nəzərə alınmaqla tam bərpa və həyətdə uşaq meydançalarının təşkili tələb olunur.
  3. Şaumyani kənd uşaq bağçası - bütün zəruri təhlükəsizlik qaydaları nəzərə alınmaqla tam reabilitasiya, mövcud hasarın bərpası və həyətdə uşaq meydançalarının təşkili tələb olunur.
  4. Şaumyani keçmiş hərbi hissədə uşaq bağçası - bütün zəruri təhlükəsizlik qaydaları nəzərə alınmaqla tam reabilitasiya və həyətdə uşaq meydançalarının təşkili tələb olunur.
  5. Xıxanı kənd uşaq bağçası - bütün zəruri təhlükəsizlik qaydaları nəzərə alınmaqla tam bərpa, həyətdə uşaq meydançalarının təşkili və kanalizasiya quyusunun təşkili tələb olunur.
  6. Qızılhacılı kənd uşaq bağçası - yanğın təhlükəsizliyi qaydaları ilə nəzərdə tutulmuş infrastrukturun layihələndirilməsini tələb edir.
  7. Sadaxlı kənd uşaq bağçası - yanğın təhlükəsizliyi qaydaları ilə tələb olunan infrastrukturun layihələşdirilməsi.
  8. Dəmyə kənd uşaq bağçası - yanğın təhlükəsizliyi qaydaları ilə tələb olunan infrastrukturun layihələşdirilməsi.
Marneuli meriyası 23 sentyabrda uşaq bağçalarının bərpası və yanğın təhlükəsizliyi infrastrukturunun tikintisi üçün layihə, smeta sənədlərinin alınması üçün tender elan etmişdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google