Bolnisinin yeni seçilmiş meri Zamur Çitanava sosial şəbəkədə
fotolar paylaşaraq Bolnisidə təşviqat materiallarını yığışdırmağa
başladığını bildirib.
Zamur Çitanava “Gürcü Arzusu” partiyasının sıralarından Bolnisi
merliyi uğrunda mübarizə aparırdı. Onun yeganə rəqibi – Bolnisi
merliyinə “Lelo – Güclü Gürcüstan” partiyası tərəfindən irəli
sürülən Asəf Çıraqov seçkilərə 13 gün qalmış Zamur Çitanavanın
xeyrinə namizədliyini geri götürüb.
“Bu gün gənclər və seçki qərargahının rəhbəri Qiorqi
Mirianaşvili ilə birlikdə Bolnisidə seçkiqabağı təbliğat
materiallarını yığışdırdıq. Məqsədimiz qələbənin sadəcə bir günlük
emosiya olmamasıdır — bu, hər gün yerinə yetirdiyimiz bir
məsuliyyətdir”, – Zamur Çitanavanın paylaşdığı
məlumatda deyilir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu”nun
merliyə namizədi Zamur Çitanava 23 338 səs toplayıb ki, bu da
səslərin 96,654 faizini təşkil edir.
Bolnisidə “Gürcü Arzusu” bütün majoritar dairələrdə qalib gəlib
və
proporsional siyahılar üzrə 93,95% səs toplayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.