İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və
Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə,
Gürcüstanın bütün vətəndaşları mövsümi qripə qarşı pulsuz peyvənd
vurdura bilərlər. Nazirliyin dərc etdiyi məlumata əsasən, Gürcüstan
vətəndaşların pulsuz istifadəsinə verilən, Fransa istehsalı olan
200 min doza peyvənd alıb.
"Dövlət İmmunlaşdırma Proqramı çərçivəsində Gürcüstan Dünya Səhiyyə
Təşkilatının tövsiyə etdiyi peyvəndlərdən biri, Fransa istehsalı
olan dördkomponentli (SANOFI WINTHROP INDUSTRIE VaxigripTetra™️)
200 min doza mövsümi qrip peyvəndi alıb. Peyvənd qripə qarşı
mövsümə uyğunlaşdırılıb", - nazirliyin açıqlamasında
deyilir.
İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəyanatına görə, peyvənd
xüsusilə yüksək riskli/xroniki xəstəlikləri olan insanlar üçün
vacibdir, çünki bəzi insanlar üçün qrip təhlükəli xəstəliyə çevrilə
bilər.
"Peyvənd xidməti göstərən tibb müəssisələrində və
poliklinikalarda 6 aylıqdan etibarən peyvənd etmək olar və
benefisiarlar üçün tamamilə pulsuzdur”, - nazirliyin
açıqlamasında deyilir.
Mövsümi qrip peyvəndi Kvemo Kartlidə 12 tibb müəssisəsində həyata
keçirilir. Onlar arasında 2 tibb müəssisəsi, “Geo Hospital” MMC –
Marneuli Doğum və Ambulatoriya Mərkəzi və “MedX” MMC Marneuli
Bələdiyyəsində yerləşir.
Kvemo Kartlidə mövsümi qrip peyvəndinin mövcud olduğu tibb
müəssisələrinin siyahısını təqdim edirik:
1. Rustavi Tibb Evi MMC - 1 saylı Müalicə Diaqnostika Mərkəzi -
Rustavi
2. Regional Səhiyyə Mərkəzi MMC - Tsalka
3. Bolnisi Mərkəzi Klinikası MMC - Bolnisi
4. Geo Hospital MMC - Qardabani
5. Sano Medical Diaqnostika Mərkəzi MMC - Qardabani
6. Geo Hospital MMC - Marneuli Doğum və Ambulatoriya Tibb Mərkəzi -
Marneuli
7. MedX MMC - Marneuli
8. Rustavi 2 saylı Müalicə Diaqnostika Mərkəzi - Rustavi
9. Rustavi Şəhər Poliklinikası MMC - Rustavi
10. Regional Səhiyyə Mərkəzi MMC - Tetritskaro Tibb Müəssisəsi
11. Manqlisi Xəstəxana poliklinikası MMC - Tetritskaro
12. Regional Səhiyyə Mərkəzi MMC - Dmanisi Tibb Müəssisəsi
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.