Marneulidə 8 uşaq bağçasının bərpası üçün tələb olunan layihə və
smeta sənədlərinin hazırlanması üçün ikinci dəfə tender elan
edilib.
Yerli özünüidarənin elan etdiyi ilk tenderdə heç kim iştirak
etməyib və tender uğursuz elan edilib. Yeni tenderdə iştirak etmək
istəyən şirkətlər oktyabrın 21-dən 24-dək öz təkliflərini föndərə
bilərlər. Tenderin dəyəri 22 000 laridir.
Marneuli meriyasının elan
etdiyi tenderə əsasən, aşağıdakı uşaq
bağçalarının bərpaya/yenidənqurmaya ehtiyacı var:
1. Marneuli şəhəri 4 saylı uşaq bağçası - bütün zəruri
təhlükəsizlik qaydaları nəzərə alınmaqla və yeni tədris binasının
tikintisi nəzərə alınmaqla tam bərpa tələb olunur.
2. Kəpənəkçi kənd uşaq bağçası - bütün zəruri təhlükəsizlik
qaydaları nəzərə alınmaqla tam bərpa və həyətdə uşaq
meydançalarının təşkili tələb olunur.
3. Şaumiyan kənd uşaq bağçası- bütün zəruri təhlükəsizlik qaydaları
nəzərə alınmaqla tam bərpa, mövcud hasarın bərpası və həyətdə uşaq
meydançalarının təşkili tələb olunur.
4. Şaumiyani kənd yeni qəsəbə uşaq bağçası - bütün zəruri
təhlükəsizlik qaydaları nəzərə alınmaqla tam bərpa və həyətdə uşaq
meydançalarının təşkili.
5. Xixani kənd uşaq bağçası - bütün zəruri təhlükəsizlik qaydaları
nəzərə alınmaqla tam bərpa, həyətdə uşaq meydançalarının təşkili və
kanalizasiya quyusunun təşkili tələb olunur.
6. Qızılhacılı kənd uşq bağçası - yanğın təhlükəsizliyi qaydaları
ilə nəzərdə tutulmuş infrastrukturun layihələşdirilməsini tələb
olunur.
7. Sadaxlı kənd uşaq bağçası - yanğın təhlükəsizliyi qaydalarına
uyğun olaraq tələb olunan infrastruktur layihələşdirilməsi.
8. Dəmyə kənd uşaq bağçası - yanğın təhlükəsizliyi qaydalarına
uyğun olaraq tələb olunan infrastruktur layihələşdirilməsi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.