Meriyanın Vətəndaşlara Xidmət Şöbəsi otağının döşəməsi qaldırılmalıdır – meriya taxta və döşəmə üçün 1004 lari ödəyib
Marneuli meriyasının İnzibati və Vətəndaşlara Xidmət Şöbəsinin otağının döşəməsini qaldırmaq lazımdır. Marneuli meriyası Vətəndaşlara Xidmət Şöbəsi otağında döşəmənin qaldırılması üçün iki sadələşdirilmiş müqavilə imzalayıb, taxta, laminat döşəmə və lövhələr alıb.

Avqustun 12-də meriyanın maddi-texniki təminat şöbəsinin müdiri Besik Sexniaşvili alqı-satqı elan edilməsi üçün hesabat vərəqəsi ilə Marneuli merinin səlahiyyətlərini icra edən Roin Dekanoidzeyə müraciət edib. Hesabata görə,
iş otağının döşəməsinin səviyyəsi aşağıdır, ona görə də Vətəndaşlara xidmət şöbəsi tam xidmət göstərə bilmir.

“Marneuli Bələdiyyəsinin İnzibati Xidmətinin Vətəndaşlara Xidmət Şöbəsinin fəaliyyət göstərilən hissəsində döşəmənin qeyri-münasib səviyyədə olması vətəndaşlara tam xidmət göstərilməsinin qarşısını alır, işləyən işçilər isə böyük rahatsızlıq yaşayırlar ki, bunun üçün müvafiq tikinti materiallarının, o cümlədən taxta alınması tələb olunur", – sadələşdirilmiş müüavilədə deyilir.

Marneuli meriyası sadələşdirilmiş qaydada 623, 50 lari dəyərində ağac materialı və vintlər/boltlar alıb. Meriya oktyabrın 1-də fərdi sahibkar Bahadur Mirzəyevlə müqavilə imzalayıb. Yerli özünüidarə laminat döşəmə və lövhələri üçün 381 lari ödəyib. Müqavilə sentyabrın 24-də meriya tərəfindən fərdi sahibkar Nailə Mehdiyeva ilə imzalanıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər