Oktyabrın 15-də Marneuli 22 saylı Dairə Seçki Komissiyası
seçkilərin nəticələrini başa vuraraq, Marneuli Bələdiyyə Məclisinə
yeni seçilmiş üzvlərin adlarını açıqlayıb.
Yerli özünüidarə seçkiləri nəticəsində Marneuli Bələdiyyə Məclisi
“Gürcü Arzusu”nun 34 və “Lelo – Güclü Gürcüstan” partiyasının 1
nümayəndəsindən təşkil olunub.
“Lelo – Güclü Gürcüstan”-ın proporsional siyahısında birinci nömrə
Aqil Mustafayev idi – o, Marneuli Bələdiyyə Məclisində
yeganə
müxalifətçi olacaq.
Proporsional sistemlə Marneuli Bələdiyyə Məclisinə 15 namizəd,
majoritar sistemlə isə 20 namizəd daxil ola bilərdi – bütün
majoritar dairələrdə “Gürcü arzusu”nun namizədləri qalib gəlib.
Marneuli Bələdiyyə Məclisinə proporsional sistemlə daxil olan
namizədlərin siyahısını sizə təqdim edirik:
- Amiran Qiorqadze - 41. Gürcü arzusu
- Riçard Qiqani - 41. Gürcü arzusu
- Besik Qelenidze - 41. Gürcü arzusu
- Adil Əliyev - 41. Gürcü arzusu
- Soso İnadze - 41. Gürcü arzusu
- Qivi Qiorqadze - 41. Gürcü arzusu
- Teona Parciani - 41. Gürcü arzusu
- Zurab Çoniaşvili - 41. Gürcü arzusu
- Elşən Həsənov - 41. Gürcü arzusu
- Asif Yüzbaşov - 41. Gürcü arzusu
- Məhəmmədəli Bediyev - 41. Gürcü arzusu
- Anar Dursunov - 41. Gürcü arzusu
- Aksana Qurbanova - 41. Gürcü arzusu
- Orxan Qasımov - 41. Gürcü arzusu
- Aqil Mustafayev - 9. Güclü Gürcüstan-Lelo
Marneuli Bələdiyyə Məclisinə majoritar sistemlə daxil olmuş
namizədlərin siyahısını sizə təqdim edirik:
- Vasil Xaxulaşvili - 41. Gürcü arzusu
- Tariel Məmmədov - 41. Gürcü arzusu
- Anar Piriyev - 41. Gürcü arzusu
- Levon Akopyan - 41. Gürcü arzusu
- Mahir Bayramov - 41. Gürcü arzusu
- Qurqen Qoqiani - 41. Gürcü arzusu
- Adil Qurbanov - 41. Gürcü arzusu
- Dimitri Abramişvili - 41. Gürcü arzusu
- Bünyad Tükənov - 41. Gürcü arzusu
- Marina Maçaraşvili - 41. Gürcü arzusu
- Aleksandr Urumov - 41. Gürcü arzusu
- Ayaz Xudiyev - 41. Gürcü arzusu
- Nazilə Mustafayeva - 41. Gürcü arzusu
- Omar İrişov - 41. Gürcü arzusu
- Məharət Allahverdiyev - 41. Gürcü arzusu
- Ceyhun Çoydarov - 41. Gürcü arzusu
- Xəqani Osmanov - 41. Gürcü arzusu
- Taleh Binnətov - 41. Gürcü arzusu
- Vano Burnadze - 41. Gürcü arzusu
- Arsen Axverdyan - 41. Gürcü arzusu
Gürcüstanda yerli özünüidarə seçkiləri oktyabrın 4-də
keçirilib.
Seçki prosesi əvvəlki seçkilərdən fərqli idi, çünki müxalifət
partiyalarının əksəriyyəti etiraz əlaməti olaraq seçkilərdə iştirak
etmədi. Onlar 2024-cü il Parlament seçkilərini tanımadıqlarını və
qeyri-legitim hökumətin təyin etdiyi seçki komissiyasına
inanmadıqlarını bildirirlər.
Əksər beynəlxalq və yerli müstəqil təşkilatlar seçkiləri müşahidə
etməyiblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.