Avtomobil yolunun tikintisi ilə əlaqədar Marneuli bələdiyyəsində bir neçə vətəndaşın əmlakı müsadirə ediləcək
Azərbaycana və Ermənistana qədər uzanacaq yeni avtomobil yolunun tikintisi ilə əlaqədar Marneuli bələdiyyəsində bir neçə vətəndaşın əmlakı müsadirə ediləcək.

Bu barədə məlumat Gürcüstan İqtisadiyyat Nazirliyinin əmri ilə təsdiqlənib.

Sənəddə qeyd olunur ki, beynəlxalq əhəmiyyətli Şərq–Qərb magistralının 4-cü investisiya layihəsi çərçivəsində Rustavi–Qırmızı körpü və Rustavi–Sadaxlı avtomobil yollarının (lot 3-4) tikintisi ictimai əhəmiyyətli layihə kimi tanınır və Gürcüstan Avtomobil
Yolları Departamentinə layihə ərazisində yerləşən bir neçə torpaq sahəsinin ekspopriasiya (dövlət tərəfindən kompensasiya ilə məcburi müsadirə) hüququ verilir.

Rustavi–Qırmızı körpü yolunun uzunluğu 13 km təşkil edir. Yol Algeti körpüsünün qərbindən başlayır və Marneuli yaxınlığında, Gürcüstan-Ermənistan dəmir yolunun kəsişməsindən 400 metr məsafədə başa çatır.

Rustavi–Sadaxlı magistralının (Maretidən Sadaxlıya qədər) uzunluğu isə 16,3 km-dir.

Nazirliyin qərarına əsasən, aşağıdakı şəxslərin torpaq sahələri və əmlakları ekspopriasiya olunacaq:
  • Elnarə Qarabalova, Tovuz İsgəndərova, Famil İsgəndərov və Elif İsgəndərova – Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndində yerləşən 1 135 kv.m kənd təsərrüfatı torpaq sahəsi (tam şəkildə), eləcə də üzərindəki çoxillik və birillik bitkilər;
  • Məleykə Eyyubova – Marneuli bələdiyyəsinin Kirovka kəndində yerləşən 54 000 kv.m torpaq sahəsinin bir hissəsi (16 174 kv.m), eləcə də oradakı çoxillik və birillik bitkilər;
  • Aysun Məmmədova və Rəsul Məmmədov – Kirovka kəndində yerləşən 2 230 kv.m torpaq sahəsi (tam şəkildə), eləcə də üzərindəki çoxillik bitkilər, çəpər və digər aktivlər;
  • Abayat Həsənova, Əziz Həsənov, Güldərən Şahnazarova və Hikmət Həsənov – Yuxarı Saral kəndində yerləşən 2 368 kv.m torpaq sahəsinin bir hissəsi (1 696 kv.m), eləcə də çoxillik və birillik bitkilər;
  • Natiq Əhmədov – Dəmyə Görarxı kəndində yerləşən 1 638 kv.m torpaq sahəsinin bir hissəsi (904 kv.m), eləcə də üzərindəki çoxillik və birillik bitkilər.
Sənəddə qeyd olunur ki, bu qərardan Tbilisi Şəhər Məhkəməsinin inzibati işlər kollegiyasına, onun dərc olunduğu və ya rəsmi qaydada təqdim edildiyi gündən etibarən bir ay ərzində şikayət verilə bilər.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google