Bu gün, 23 oktyabr tarixində, saat 15:30 radələrində Marneuli
şəhərinin Çavçavadze və Tabidze küçələrinin kəsişməsində yol qəzası
baş verib.
Yolayrıcında “Prius” və “Mercedes” markalı avtomobillər
toqquşub.
İki avtomobilin toqquşması nəticəsində piyadalar xəsarət alıblar.
“Marneuli” radiosunun məlumatına görə, xəsarət alanların ümumi sayı
üç nəfərdir — iki piyada və bir sürücü.
Marneuli “Geo Hospital” tibb müəssisəsindən “Marneuli” radiosuna
verilən məlumata görə, klinikaya üç yaralı gətirilib. Onların
vəziyyəti sabitdir və yaxın saatlarda xəstəxananı tərk etmələri
mümkündür.
Hadisə yerinə patrul polisi ekipajı cəlb olunub. Yol hərəkətinin
tənzimlənməsi və əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən
məlumata
görə, istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə
aparılır. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyinin və ya
istismar qaydasının pozulmasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.