Bu gün, 28 oktyabrda 2021-2025-ci il Bələdiyyə Məclisinin son
iclası keçirildi.
Bələdiyyə Məclisinin son iclası qadın deputatlara gül dəstələrinin
təqdim edilməsi ilə başladı. Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze qadın deputatlara gül dəstələrini onlara hörmət əlaməti
olaraq təqdim etdiyini bildirib.
Marneuli Bələdiyyə Məclisinin sədri Bələdiyyə Məclisinin son
iclasına minnətdarlığını bildirərək başladı.
“Hər birinizə xidmətinizə və zəhmətinizə görə təşəkkür
etmək istəyirəm. Bir çox görüşlər keçirməli olduq. Bələdiyyəmizdə
həyata keçirilən bir çox layihələrin müzakirəsini dəstəklədik. Bir
neçə həmkarımızla vidalaşmalı olacağımız məni kədərləndirir, amma
bu dostluğumuza, həmkarlığımıza son qoymur. Əlbəttə ki,
münasibətlərimizi davam etdirəcəyik. Təcrübənizdən, topladığınız
biliklərdən başqa istiqamətlərdə də istifadə edə
bilərik”, – Amiran Qiorqadze bildirib.
Marneuli Bələdiyyə Məclisinin son iclasında 4 məsələ müzakirə
olunub. Bələdiyyə Məclisi ənənəvi olaraq hər dörd məsələ üzrə
müsbət qərar qəbul edib.
Bələdiyyə Məclisinin son iclasında qəbul etdiyi qərarlar arasında
2025-ci il büdcəsində, Marneulidə dövlət bayramının təsis edilməsi
ilə bağlı qərarda dəyişikliklər edilib. Qərara əsasən, “Marneuli
2025” 20 noyabr tarixinə qədər keçirilməlidir və Marneuli
Bələdiyyəsindən Müəllim Mükafatına namizəd göstərilən 7 müəllimə
həvəsləndirici pul mükafatı təqdim edilməlidir.
Bələdiyyə Məclisinin iclasının sonunda 2021-2025-ci il çağırışının
deputatları Marneuli meriyası qarşısında kollektiv şəkli
çəkdiriblər. Müxalifət deputatları Bələdiyyə Məclisinin iclasında
iştirak etməyiblər.
2025-2029-cu il çağırışı yeni Bələdiyyə Məclisinin iclası 30
oktyabrda keçiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.