Kvemo Kartli qubernatoruna müavinlər təyin edilib
Avtandil Çrikişvili və Soso Alibeqaşvili Kvemo Kartli qubernatorunun müavini vəzifəsinə təyin ediliblər. “Kvemo Kartli Bölgəsi” məlumat yayır və Avtandil Çrikişvilinin regional administrasiyada idman və gənclərə rəhbərlik edəcəyini yazır. 2023-cü ildən bəri o, Qardabani, Rustavi, Marneuli, Tetritskaro, Dmanisi və Bolnisi bələdiyyələrindəki 27 idman zalında cüdo üzrə kurator, məşqçi vəzifəsində çalışır.

Müxtəlif illərdə üçqat dünya və Avropa çempionu
olan Avtandil Çrikişvili 2014-cü ildə dünyanın ən yaxşı cüdoçusu seçilib. O, əməkdar idman ustasıdır.

Kvemo Kartli qubernatorunun müavini Soso Alibeqaşvili uzun illər dövlət sektorunda iş təcrübəsinə malikdir. 2025-ci ilin aprel ayından bu günə qədər Gürcüstanın Regional İnkişaf Nazirliyində Kvemo Kartli və Kaxeti bölgələri üzrə Regional Əlaqələr Xidmətinin koordinatoru vəzifəsində çalışıb. Eləcə də 2024-2025-ci illərdə Gürcüstan Hökuməti Administrasiyasında Kvemo Kartli və Kaxeti bölgələri üzrə Regional Əlaqələr Departamentinin koordinatoru vəzifəsində işləyib. Soso Alibeqaşvili 2022-2024-cü illərdə Samtsxe-Cavaxeti Dövlət Müvəkkili Administrasiyasında Yerli Özünüidarə Orqanları ilə Əlaqələr Xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Kvemo Kartli qubernatoru vəzifəsini İlia Calağania icra edir.

Bir neçə aydır ki, Kvemo Kartli qubernatoru vəzifəsini heç kim tutmayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google