Marneuli yerli özünüidarəsi “Marneuloba 2025”in keçirilmə tarixini
növbəti dəfə təxirə salıb.
Bələdiyyə Məclisinin oktyabrın 28-də keçirilən iclasında deputatlar
“Marneuloba 2025”in oktyabrda deyil, noyabrda keçirilməsi ilə bağlı
qərarda dəyişikliyi dəstəkləyiblər.
Məsələnin məruzəçisi, Marneuli meriyasının İnzibati Xidmət rəhbəri
Mamuka Şubitidze Bələdiyyə Məclisi iclasında bildirib ki, tender
prosedurları ilə əlaqədar bayramın keçirilmə vaxtının
dəyişdirilməsi zəruridir.
“Həmin dəyişiklik yalnız tarixi əhatə edir. Bayramın
keçirilməsi üçün oktyabr ayı təyin etmişdik, amma müəyyən
səbəblərdən, yəni tender prosedurları ilə əlaqədar oktyabr ayında
keçirilməsi mümkün olmadığından, sərəncamda dəyişiklik edilməsini
və bayramın noyabrın 20-dək keçirilməsini məqsədəuyğun hesab
edirik,” – Mamuka Şubitidze bildirib.
Marneuli Bələdiyyə Məclisinin 27 iyun 2023-cü il tarixli
sərəncamına əsasən, “Marneuloba” hər il sentyabr ayında qeyd
edilməlidir. Sentyabrın 22-də keçirilən Bələdiyyə Məclisinin
iclasında sərəncamda dəyişiklik dəstəklənib. Məsələnin məruzəçisi
Mamuka Şubitidze olub və o, “Marneuloba 2025” tarixinin
dəyişdirilməsinə səbəb kimi tender prosedurlarını göstərib.
Sentyabrın 22-də verilən qərara əsasən, “Marneuloba 2025” oktyabrda
keçirilməli idi. Bələdiyyə Məclisinin oktyabrın 28-də keçirilən
iclasında bu qərar dəyişdirilib və bayramın keçirilməsi üçün yeni
tarix noyabrın 20-si müəyyən edilib.
“Marneuloba 2025” üçün tender üçüncü cəhddə uğursuz olub.
Sentyabrda keçirilməli olan tədbir oktyabr ayına təxirə salınsa da,
tender yenə baş tutmayıb.
Alqı-satqı saytında ilk tender iyulun 22-də keçirilib. Tenderdə üç
şirkət – “City Event Georgia” MMC, “Store+” MMC və “Ai Travel” MMC
iştirak edib. Meriya tenderdə iştirak edən “Store+” MMC-ni texniki
sənədləri düzgün doldurmadığını əsas gətirərək müsabiqədən
kənarlaşdırıb. Qərar Dövlət Satınalmalarında Mübahisələrə Nəzarət
Şurası tərəfindən ləğv edilsə də, meriya yenidən tenderin
dayandırıldığını elan edib.
İkinci tender 2 sentyabrda elan edilib. Tenderdə “Ai
Travel” MMC və “Story+” iştirak edib. Hər iki şirkət texniki
sənədlərə görə tenderdən kənarlaşdırılıb və tender uğursuz elan
edilib.
Üçüncü tender isə sentyabrın 22-də elan edilib. Burada üç şirkət –
“Ai Travel” MMC, “Story+” və Tamar Eloşvili iştirak edib. Onların
hər üçü texniki sənədlərə görə Marneuli meriyası tərəfindən
tenderdən kənarlaşdırılıb. Tender sənədlərində tədbirin təxmini
tarixi 10–31 oktyabr tarixləri qeyd olunub.
Hələlik “Marneuloba”nın təxirə salınıb-salınmayacağı məlum deyil.
Bələdiyyə “Marneuloba 2025”i 198 788 lariyə qeyd etməyi
planlaşdırırdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.