İlia Calağonia Kvemo Kartli qubernatoru təyin edilib
Bu gün, sentyabrın 29-da “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze İlia Calağoniyanı Kvemo Kartli qubernatoru vəzifəsinə təyin edib. Bu barədə məlumatı Dövlət Müvəkkilliyi sosial şəbəkədə paylaşıb.

“Kvemo Kartli Bölgəsi”nin yaydığı bəyanata görə, İrakli Kobaxidze İlia Calağoniyaya uğurlar arzulayıb və regionda davam edən, planlaşdırılan layihələrin səmərəli həyata keçirilməsində qubernatorun rolunu vurğulayıb.

“Baş nazir bildirib ki, layihələrin keyfiyyətli və vaxtında
icrası ilə yanaşı, əhalinin ehtiyaclarına və mövcud çağırışlara vaxtında cavab verilməsi də dövlət qubernatorunun xüsusi diqqət yetirməli olduğu prioritet məsələdir,”
– Dövlət Müvəkkilliyinin bəyanatında qeyd edilib.

Yayılan məlumata görə, İlia Calağonia ixtisasca hüquqşünasdır. O, illər ərzində hüquq-mühafizə sistemində çalışıb və müxtəlif rayonlarda şəhər prokuroru olub.

İlia Calağonia sentyabrın 4-dən Kvemo Kartlidə qubernator səlahiyyətlərini icra edir. Ondan əvvəlki qubernator, Levan Xarabadze, 122 günlük işdən sonra dövlət müvəkkili vəzifəsindən istefa verərək Dövlət Təhlükəsizlik Xidməti rəhbər müavini olub.

Dünən, oktyabrın 28-də Kvemo Kartlidə iki yeni dövlət müvəkkilinin müavini təyin edilib. Avtandil Çikişvili və Soso Alibeqaşvili dövlət qubernatorunun müavinləri olublar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər