Qeyri-gürcüdilli məktəblərin və sektorlarının təcrübəçi
müəllimləri, həmçinin təcrübəçi xüsusi müəllimləri üçün ixtisas
imtahanı 1–3 dekabr tarixlərində keçiriləcək.
Bu barədə məlumatı Milli Qiymətləndirmə və İmtahan Mərkəzi
yayıb.
Tbilisi və Kutaisidə imtahan mərkəzləri açılacaq:
- Tbilisi şəhər 177 nömrəli ictimai məktəb – Tbilisi,
Davit Cabidze küçəsi 38 (Qldani, 5-ci dairə);
- Kutaisi şəhər 23 saylı ictimai məktəb – Kutaisi,
Arakişvili küçəsi 15.
Qeydiyyatdan keçmiş abituriyentlər noyabr ayında imtahan
vəsiqələrini çap edə biləcəklər. Vəsqidə imtahan mərkəzinin ünvanı,
hər bir imtahanın tarixi, qeydiyyatın başlama vaxtı və digər vacib
tövsiyələr göstəriləcək.
Tam qrafik belədir:
LİNKƏ DAXİL OLUN.
Marneulidən neçə müəllimin fənn imtahanında qeydiyyatdan keçdiyi
məlum deyil. Marneuli Resurs Mərkəzində isə kvalifikasiyası
təsdiqlənmiş müəllimlərin statistikası mövcuddur. Mərkəzin
məlumatına görə, Marneulidəki 74 ictimai məktəbdə təxminən 1500
müəllim “baş müəllim”, 300-ə yaxın müəllim isə “aparıcı” və
“mentor” statusuna malikdir.
Məktəblərdə müəllimlərin kvalifikasiyası bir neçə mərhələdə müəyyən
edilir. Fənn imtahanından keçməyən müəllim təcrübəçi sayılır.
Müəllimlər imtahanda 10 ballıq sistemlə qiymətləndirilir. Tam 10
bal toplayanlara “baş müəllim” statusu verilir. Daha yüksək
səviyyələr “aparıcı” və “mentor müəllim” statusunu təmsil edir.
Müvafiq olaraq, onların səlahiyyətləri və maaşları bu statuslara
uyğun müəyyən edilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.