Norqiuli kəndində suvarma arxlarının çəkilməsinə 59 466 lari xərclənəcək

Marneuli bələdiyyəsinin Norqiuli (Mirzovka) kəndində suvarma arxının çəkilməsi planlşdırılır.


Marneuli meriyası tərəfindən elan edilmiş tenderə əsasən Noqiulidə 310 metr uzunluğunda beton suvarma kanalının çəkilməsi planlşdırılır.

"Marneuli bələdiyyəsinin Norqiuli kəndində suvarma kanalı çəkilməlidir. Çünki sakinlərin torpaq ərazisinə gedən arxlar sıradan çıxıb. Bu səbəbdən suvarma suyu əkin sahəsinə gedib çatmır və sakinlərin həyətyanı sahələrinə dolur. Buradan irəli gələrək yeni
suvarma kanallarının çəkilməsinə ehtiyac var", –
tender təklifində deyilir.

Marneuli meriyası Norqiuli kəndində suvarma kanalının çəkilməsinə 59 466 lari xərcləməyi nəzərdə tutur.

Özünüidarəetmə tenderi 12 noyabr tarixində elan edib. Arzu edən şirkətlər təkliflərini 29 noyabrdan 4 dekabra qədər təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 90 gün ərzində işləri yerinə yetirməli olacaq.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google