Marneuli Bələdiyyə Məclisi Mədəniyyət Mərkəzinin bərpası
layihəsini təsdiqləyib.
Məsələ Bələdiyyə Məclisinin üzvü Adil Əliyev tərəfindən müzakirəyə
çıxarılıb, daha sonra meriyanın İnfrastruktur və İqtisadi İnkişaf
Xidmətinin rəhbəri Beka Abdelani layihənin təfərrüatları barədə
danışıb.
Onun sözlərinə görə, Mədəniyyət Mərkəzinin bərpa-yenidənqurulması 7
milyon laridən artıq vəsaitə başa gələcək və bunun üçün Gürcüstan
Regional İnkişaf Nazirliyi vəsait ayırıb. Mədəniyyət Mərkəzinin
təmiri 3
il davam edəcək.
"Layihənin ümumi dəyəri 7 585 000 laridir. Layihənin
dəyərinin 20%-i 2026-cı ilin regional fondundan ayrılacaq. Daha
sonra mərhələli maliyyələşdirməyə başlanacaq. Layihə Marneuli
şəhərindəki Mədəniyyət Evinin bərpası və yenidən qurulmasını əhatə
edir. Buraya zirzəmidən başlayaraq tam bərpa ilə bitən işlər
daxildir. Yeni səhnə işıqları quraşdırılacaq, tamamilə yeni teatr
otağı və yeni xoreoqrafiya otağı da quraşdırılacaq. Bina fiziki
imkanları məhdud şəxslər üçün tam uyğunlaşdırılacaq və hər kəs üçün
əlçatan olacaq", – Abdelani bildirib.
Deputatlar məsələ ilə bağlı müsbət qərar qəbul ediblər. Bələdiyyə
Məclisinin 4 dekabr tarixində keçirilən iclasında gündəlikdəki 3
məsələ müzakirə olunub. Bunların arasında 9 aylıq büdcənin icrası
və Marneuli bələdiyyəsinin sosial və səhiyyə proqramında ediləcək
dəyişikliklər də var.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.