Marneulinin 4 saylı ictimai məktəbinin direktoru saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin brifinqindən məlum olur ki, 4
saylı ictimai məktəbin direktoru saxta attestatın verilməsi,
imtahanların keçirilməsi barədə rəsmi sənədin tərtib edilməsi üçün
300 ABŞ dolları məbləğində rüşvət alıb. Başlanılmış istintaq
Cinayət Məcəlləsinin 338-ci maddəsi ilə aparılır ki, bu maddə 6-dan
9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
"Marneulidə rüşvət alma faktına görə Marneulinin 4
saylı ictimai məktəbinin direktoru saxlanılıb. O, attestatın
verilməsi üçün tələb olunan imtahanların verilməsi müqabilində bir
vətəndaşdan 300 ABŞ dolları məbləğində rüşvət alıb",
– deyə DTX-nin açıqlamasında bildirilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasına görə, istintaq
Gürcüstanın Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi
ilə aparılır, bu maddə 6-dan 9 ilədək azadlıqdan məhrumetməni
nəzərdə tutur.