Marneuli 4 saylı ictimai məktəbdə şagirdlər arasında baş vermiş
mübahisə zəminində bir şagird yaralanıb. “Marneulinews.ge”-nin
məlumatına görə, mübarizə səkkizinci sinif şagirdləri arasında baş
verib və nəticədə şagirdlərdən biri baş və boyun nahiyələrindən
xəsarət alıb.
Məlumata görə, mübahisə məktəbin yaxınlığında baş verib.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirilib ki,
Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma
maddəsi
ilə istintaq aparılır.
Cinayət cərimə və ya 6 aya qədər müddətə islahetmə işləri, yaxud 2
ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Geo Hospitals-dan “Marneuli” radiosuna bildirilib ki, yaralının
vəziyyəti stabildir.