Marneulidə yeni il neçəyə başa gəlir
Marneuli meriyasına yeni il hazırlığı 347555 lariyə başa gəlir. Yerli özünüidarə 2026-cı ili qeyd etmək üçün üç müxtəlif tender elan edib.
Şəhərin bəzədilməsi, yolkanın işıqlandırılması və ehtiyacı olan ailələrə yeni il sovqatının verilməsi da buraya daxildir.
Tender 1 - yolkanın işıqlandırılması tədbirinin təşkil edilməsi üçün özünüidarə 78 191 lari dəyərində tender elan edib. Tenderdə Tamar Eloşvili rəqibi olmadan qalib gəlib.

Eloşvili tədbiri keçirmək üçün meriya ilə 76400 lari dəyərində müqavilə imzalayıb. Buradan 10000 lari musiqi qrupuna ödəniləcək.

2026-cı ilin gəlişi ilə əlaqədar yolkanın işıqlandırılması mərasimi Marneulidə dekabrın ikinci yarısında keçiriləcək. Şəhərin bəzədilməsinə ötən ilə nisbətən 45400 lari çox pul xərclənəcək.

Tender 2- 210600 lari dəyərində tenderə görə qeyd olunan məbləğdə Marneuli şəhərində küçələrin bəzədilməsi üçün lazımı, mövcud yeni il bəzəklərinin yoxlanılması -bərpası və illüminsiyaların quraşdırılması, sökülməsi də nəzərdə tutulub.

Yerli özünüidarə bir neçə həftədir yeni il hazırlıqlarına başlayıb. Onlar arasında ən ucuz başa gələn aztəminatlı ailələrə yeni il sovqatının verilməsidir.

Tender 3- Marneuli meriyası aztəminatlı ailələrə qida məhsulları almaq üçün 60555 lari dəyərində tender elan edib. Yerli özünüidarə aztəminatlı 700 ailəyə yeni il sovqatı verəcək. Hər ailəyə 86.50 lari ayrılıb. Həmin məbləğə ailələrə 13 növ məhsul veriləcək. Onlar arasında qarabaşaq, günəbaxan yağı, karamel konfeti və un da var.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google