Kvemo Kartli qubernatorunun keçmiş müavini və “Gürcü arzusunun”
Kvemo Kartli Regional Qərargahının rəhbəri Qiorqi
Şinçikaşvili Marneuli və Hucabinin yepiskopu Qiorqi (Leri)
Camdelianini böhtan atmaqda ittiham edir.
Qiorqi (Leri) Camdelianiyə qarşı ilk məhkəmə iclası Bolnisi Rayon
Məhkəməsində 12 dekabr tarixində keçirilib. Məhkəmə iclasından
sonra Camdeliani “Formula” kanalına danışıb və bildirib ki, onu
mühakim kürsüsünə düşürüblər.
“Şinçikaşvili mənə qarşı şikayət verib ki, guya onun
şərəfinə ziyan dəyib. Kilsə, qanuni məhkəməni aşmaq istəmirdim və
belə çıxır ki, qarşı tərəf məni məhkəməyə dəlillər təqdim etməyə,
özümüzü müdafiə etməyə məcbur edir. Onun hökmünü çıxaran çox sayda
dəlil var”, – Qiorqi Camdeliani bildirib.
Marneuli və Hucabi yepiskopu həftəlik ayinində Kvemo Kartli
qubernatorunun keçmiş müavini Qiorqi Şinçikaşvilini onun öldürməyə
cəhd göstərməkdə ittiham etmişdi. Yepiskop Qiorqi 6 iyun tarixində
yepiskop məhkəməsi keçirib. Məhkəmədə hakim və qurban da onun özü
idi.
Yepiskop məhkəməsi rahibə Tekla Kublaşvilinin ifadəsi əsasında
Qiorqi Şinçikaşvilini günahkar hesab edib. Yepiskop Qiorqinin
məlumatına görə, rahibə ona deyib ki, Şinçikaşvili Tekla ananı
yepiskopu zəhərləməyə məcbur edirmiş.
Sonradan Tekla ana öz ifadəsini dəyişdirib və bildirib ki, Qiorqi
Şinçikaşvili ona heç nə tapşırmayıb, Marneuli və Hucabi yepiskopunu
psixoloji zorakılıqda, hədələmədə günahlandırıb.
Bolnisi rayon Məhkəməsinin hakimi Devi Devadze tərəflərin təqdim
etdiyi dəlillər əsasında yepiskop Qiorqinin onu qətlə yetirilməsini
planlaşdırmaları ilə bağlı bəyanatının nə dərəcədə real
olub-olmadığını müzakirə etməlidir.
Məhkəmə iclasında Qiorqi Şinçikaşvili iştirak etməyib. Onun vəkili
“Formula” ilə söhbəti zamanı bildirib ki, Qiorqi Camdeliani
məhkəməyə öz bəyanatlarını təsdiq etmək üçün heç bir dəlil təqdim
etməyib.
“Qiorqi Camdeliani bu gün və sonrakı proseslərdə də
sübut etməli olacaq ki, ayin zamanı dediyi faktlar doğrudur. Bu gün
heç bir dəlil təqdim olunmayıb, növbəti iclası gözləyəcəyik. Yəqin
təqdim etməyəcək və Qiorqi Şinçikaşvilini ittiham etdiyi məsələnin
həqiqət olduğunu sübut da etməyəcək”, – Qiorqi
Şinçikaşvilinin vəkili bildirib.
Qeyd edək ki, Sinod Komissiyası 19 iyun tarixində Marneuli və
Hucabi yepiskopunun 6 iyunda qəbul etdiyi qərarın dayandırılması
ilə bağlı qərar qəbul edib. Qərara əsasən Qiorqi Şinçikaşviliyə 20
il müddətinə kilsədə bölüşmək hüququ qadağan edilib.
Marneuli və Hucabi yepiskopunun bəyanatına əsasən Prokurorluq
Cinayət Məcəlləsinin 18, 108-ci maddəsi əsasında istintaqa
başlayıb. Həmin maddə qəsdən adamöldürmənin planlaşdırılmasını
nəzərdə tutur. Yepiskop Qiorqi bildirib ki, istintaqla əməkdaşlıq
etməyəcək və ifadə də verməyəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.