Marneulidə kənd toplantılarına başlanılıb – Təzəkənddə nə qərar veriblər?

Bu gün, 9 fevral tarixində "Kəndə dəstək proqramı" çərçivəsində Marneulidə, Təzəkənddə ümumi yığıncaq keçirilib.


Təzəkənddə toplantının keçirilməsi üçün 200 imza lazım idi. Lazım olan sayda imza toplanmayıb, ancaq meriya nümayəndələrinin məlumatına görə, legitimlik üçün yetərli imza var.

Qeyd olunan kənddə uşaq attraksionlarının quraşdırılmasını dəstəkləyiblər.

Sakinlər prioritet məsələ olaraq futbol meydançası və suvarma kanalı məsələsini irəli
sürüblər. Əhali bildirir ki, suvarma kanalı çirklənib, bu isə pis qoxuya səbəb olur. Birdəfəlik təmizləmə isə kifayət etmir.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Koba Çxitunidze kənd sakinlərinə vəd verib ki, qeyd olunan məsələləri reaksiya göstərilməsi üçün müvafiq xidmətlərə çatdıracaq.

Ötən illərdə olduğu kimi bu il də toplantıda yalnız kişilər iştirak edib. Bir neçə qadın isə imza atmaq üçün məktəbdən gəlmişdi. Onlar qərarın qəbul edilməsi prosesində iştirak etməyiblər.

2026-cı ildə "Kəndə dəstək proqramı" çərçivəsində görüşlər 9 fevraldan başlayıb. Bu gün Sabirkənd, Algeti, Təzəkənd, Qasımlı, Ağməmmədli, Quşçu, Qaçağan, Təkəli və Xancığazlı kəndlərində ümumi kənd yığıncaqları keçiriləcək.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google