Sabirkənddə Kəndə Dəstək proqramı çərçivəsində suvarma kanalı tikiləcək

Maneulidə, Sabirkənddə 2026-cı ilin “Kəndə Dəstək proqramı” çərçivəsində suvarma kanalının bərpası planlaşdırılır.


Sakinlər toplantıda qeyd ediblər ki, suvarma kanalının müəyyən hissəsi sıradan çıxıb və təmirə ehtiyac var.

Qərar qəbul etmə prosesində yalnız kişilər iştirak ediblər. Sabirkənddə toplantı 9 fevral, saat 13:00-da keçirilib. Həmin kənd üçün proqram çərçivəsində 20 000 lari ayrılıb.

Prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlər 20 fevrala qədər davam etdiriləcək. Kəndə Dəstək proqramı üçün 2026-cı ildə Gürcüstanın Regionlarda Həyata keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb.

Kəndlərə ayrılan vəsait
əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000, ən çox isə 20 000 lari nəzərdə tutulub.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google