Marneulinin “Geo Hospitals” Doğum və Ambulatoriya Mərkəzində
Şaumyani kənd sakini, 40 yaşlı Şorena Durqlişvilinin 9-cu övladı
dünyaya göz açıb.
Bir neçə gün əvvəl doğulan körpəyə Ketevan adı verilib.
Ana bildirir ki, hər bir övladının dünyaya gəlişi onun üçün xüsusi
sevinc qaynağıdır.
“Bu qədər övladım olduğu üçün nə qədər şükür etsəm,
azdır. Onlardan beşini məhz Marneulinin “Geo Hospitals”
klinikasında dünyaya gətirmişəm. Bütün doğuşlar zamanı tibbi heyət
yanımda olub, mənə dəstək göstəriblər, bu isə mənim üçün çox böyük
əhəmiyyət kəsb edir. Övladlarımın adları: Qiorqi, Laşa, Luka,
Levan, Qabriel, Lika, Noe, Elene və Ketevandır. Bütün analara
cansağlığı, xoşbəxtlik və sağlam körpələr böyütməyi
arzulayıram”, — deyə Şorena Durqlişvili qeyd
etdi.
“Geo Hospitals” klinikasının neonatologiya şöbəsinin rəhbəri
Rusudan Uşveridzenin sözlərinə görə, klinikada çoxuşaqlı ailələrin
övladlarının doğulması ilk hal deyil, lakin hər bir belə hadisə
tibbi personal üçün xüsusi və yaddaqalan olur.
Məlumat üçün bildirək ki, ötən il
Marneulinin “Geo Hospitals”
klinikasında 564 körpə dünyaya gəlib. Onlardan 299-u oğlan, 265-i
isə qız olub.