Marneuli yerli özünüidarəetmə orqanı Analar Günü münasibətilə
keçirilən tədbir çərçivəsində iki sadələşdirilmiş satınalma
müqaviləsi imzalayıb.
Bu satınalmalar Gürcüstanın ərazi bütövlüyü uğrunda gedən
döyüşlərdə həlak olan qəhrəmanların anaları və həyat yoldaşları
üçün gül dəstələri və hədiyyə səbətlərinin alınması məqsədilə
həyata keçirilib.
Marneuli meriyası 6 ədəd toxuma ağac səbətdə hazırlanmış hədiyyə
dəstini "Fresco Shopping Center" MMC-dən sadələşdirilmiş qaydada
1
030 lari, 20 tetriyə alıb.
Bələdiyyə fərdi sahibkar Qiorqi Mdivanidən 240 lariyə 6 ədəd təbii
gül dəstəsi alıb.
Marneuli meriyası tərəfindən yayımlanmış məlumata görə, Analar Günü
münasibətilə Marneuli bələdiyyəsinin meri Daur İsmayılov və merin
birinci müavini Qiorqi Qodabrelidze Gürcüstanın ərazi bütövlüyü
uğrunda canından keçmiş marneulili qəhrəmanların analarını ziyarət
ediblər.
"Bütün anaları 3 Mart bayramı münasibətilə təbrik
edirəm. Ana ölkəni gücləndirən bir qüvvədir. Övladlarınızın
vətənimizin azadlığı və birliyi yolunda göstərdiyi qəhrəmanlıq
əvəzsizdir. Onların xatirəsi önündə baş əyir, belə qəhrəmanlar
böyütdüyünüz üçün sizə sonsuz sevgi və ehtiramla təşəkkür edirik.
Bələdiyyə hər zaman sizin yanınızdadır," – Marneuli
meriyası Daur İsmayılovun şərhini yayımlayıb.
Ümumilikdə, Marneuli bələdiyyəsi şəhid anaları və həyat yoldaşları
üçün nəzərdə tutulan hədiyyə və güllərə 1 270 lari, 20 tetri vəsait
xərcləyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.