Marneuli Mədəniyyət Mərkəzinin bərpası 7 585 206 lariyə planlaşdırılır
Marneuli bələdiyyəsinin yerli özünüidarəetməsi “Mədəniyyət Evi”nin bərpası üçün tender elan edib.
Tender şərtlərinə əsasən, binanın sağ və sol tərəflərində əlavə bir mərtəbənin tikilməsi, zirzəminin, giriş hissəsinin və dam örtüyünün tam yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, mərkəzdə yeni kiçik teatr zalı və xoreoqrafiya repetisiya otaqları yaradılacaq. Mövcud böyük zal da əsaslı təmir olunacaq. Buraya səhnənin və
səhnə mexanizmlərinin tam yenilənməsi, o cümlədən köhnə fırlanan səhnənin bərpası daxildir.


Marneuli bələdiyyəsi bu işlərin icrası üçün 7 585 206 lari dəyərində tender elan edib. Bu vəsaitin 95%-i dövlət büdcəsindən, 5%-i isə bələdiyyə büdcəsindən maliyyələşdiriləcək.

“Layihəyə əsasən, Mədəniyyət Mərkəzinin xarici görünüşü qismən qorunub saxlanılacaq. Lakin binanın sol tərəfindəki yeni mərtəbədə kiçik teatr zalı, sağ tərəfdə isə rəqs dərsləri üçün repetisiya otaqları yerləşəcək. Tikinti zamanı möhkəmliyi təmin etmək üçün monolit dəmir-beton kəmərlərdən, metal konstruksiyalardan və beton bloklardan istifadə olunacaq. Dam örtüyü isə müasir sendviç-panellərlə bağlanacaq”, - layihədə qeyd olunub.

Mədəniyyət Mərkəzinin bərpa layihəsinə əsasən, fasadın əsas hissəsi suvanacaq, “münhen” tipli dekorativ suvaqla üzlənəcək və fasad üçün nəzərdə tutulmuş su əsaslı silikat boya ilə rənglənəcək. Zirzəmiyə eniş üçün metal məhəccərli pilləkənlər quraşdırılacaq. Həmçinin, şimal-qərb tərəfdəki mövcud pilləkən konstruksiyasına mozaik pillələr yerləşdiriləcək, məhəccərlər isə kvadrat metal borular və alkabonddan hazırlanacaq. Bu pilləkənin platformasından sol tərəfdəki bitişik hissəyə keçidin qurulması planlaşdırılır. Keçid eyvanı metal konstruksiyadan yığılacaq və metal lövhə ilə üzlənəcək.



“Layihə binada aşağıdakı tikinti və təmir işlərinin aparılmasını nəzərdə tutur: zirzəmi mərtəbəsində anbar otaqlarının qurulması, səhnə
mexanizmləri otağında isə mövcud fırlanan səhnənin bərpası planlaşdırılır. Birinci mərtəbədə qəbul otağı, gözləmə sahələri, həkim və mühafizə otaqları yerləşəcək; şimal-qərb hissəsində metal pilləkənlə gözləmə sahəsinə birləşən antresol (asma mərtəbə) qurulacaq və bu hissə anbar kimi istifadə ediləcək. Arakəsmələr üçün alçıpan lövhələrdən istifadə olunub. Cənub-şərq hissəsində monolit dəmir-beton plitə quraşdırılacaq ki, burada həm qadınlar və kişilər, həm də fiziki imkanları məhdud şəxslər üçün sanitar qovşaqlar yerləşəcək. Həmçinin qarderob və qrim otaqları qurulacaq; arakəsmələr beton blok və alçıpan lövhələrlə yığılacaq. İkinci mərtəbədə iş otaqları, geyim dəyişmə otaqları, rəqs zalı və kiçik mətbəx yerləşir, arakəsmələr beton bloklarla qurulacaq. Üçüncü mərtəbənin şimal-qərb tərəfində pilləkən qəfəsi, qəbul otağı, iş otağı, sanitar qovşaqlar, qrim otaqları ilə birlikdə kiçik teatr zalı; cənub-şərq tərəfində isə pilləkən qəfəsi, qəbul otağı, direktor otağı, iş otaqları, kiçik yeməkxana, sanitar qovşaqlar, geyim dəyişmə otaqları və xoreoqrafiya repetisiya zalları yerləşir”,
-
layihədə qeyd olunub.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi tərəfindən elan edilmiş tenderə əsasən, qalib şirkət Mədəniyyət Mərkəzinin bərpa və yenidənqurma işlərini 1 080 gün ərzində həyata keçirməlidir. Bu isə o deməkdir ki, Mədəniyyət Mərkəzinin bərpasına 3 il vaxt lazımdır.

Tenderdə iştirak etmək istəyən şirkətlər 27 martdan 1 aprelə qədər təkliflərini təqdim edə bilərlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google