Dövlət Audit Xidmətinin bələdiyyə mülkiyyətində olan daşınmaz
əmlakın idarə edilməsi və sərəncam verilməsinin səmərəliliyi barədə
audit hesabatına əsasən,
2022-2023-cü illər və 2024-cü ilin 1 iyuluna qədər olan dövr
ərzində Marneuli meriyası 19 daşınmaz əmlakı icarəyə verib və
buradan 26 000 lari gəlir əldə edib.
Eyni dövrdə meriya öz mülkiyyətində olan 9 daşınmaz əmlakı
özəlləşdirmə yolu ilə
özgəninkiləşdirib və bundan 288 500 lari
gəlir əldə edib.
Audit rəyində Aspindza, Dedoplistskaro, Laqodexi, Marneuli,
Mtsxeta, Saqareco, Siğnaği, Kvareli, Tsalka, Samtredia, Martvili,
Çoxatauri və Tskaltubo bələdiyyələri, həmçinin bu bələdiyyələrin
mülkiyyətində olan daşınmaz əmlakın 2022-2023-cü illər və 2024-cü
ilin ilk 6 ayındakı idarəetmə və sərəncam səmərəliliyi nəzərdən
keçirilib.
“Qeyd olunmalıdır ki, araşdırılan bələdiyyələrin
əksəriyyəti, əmlakın birbaşa sərəncamla verilməsinə baxmayaraq,
şəxsi maraqlarından irəli gələrək əmlakı qəbul edən tərəf üçün hər
hansı əlavə şərt müəyyən etməyiblər. Nəticədə, bələdiyyələr əmlak
üzərində sərəncamı elə veriblər ki, həm özlərinin, həm də əhalinin
maraqları lazımi səviyyədə qorunmayıb”, – auditin
yekununda bildirilir.
Audit rəyinə əsasən, Marneuli meriyası icarə haqlarının və
hesablanmış cərimələrin yığılması üçün müvafiq tədbirləri vaxtında
həyata keçirməyib. Auditdə həmçinin qeyd olunub ki, Marneuli,
Samtredia, Mtsxeta, Saqareco və Laqodexi bələdiyyələrinin
mülkiyyətində olan, ümumi sahəsi 558.2 min kv.m təşkil edən 16
vahid kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı təyinatlı torpaq
sahəsindən səlahiyyəti olmayan şəxslər istifadə edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.