Yaşadığınız kənddə hansı layihə həyata keçiriləcək? – Bələdiyyə Məclisi “Kəndə Dəstək Proqramı”nı təsdiqlədi

Marneuli Bələdiyyə Məclisi “Kəndə Dəstək Proqramı” çərçivəsində 2026-cı ildə icra olunacaq layihələrin siyahısını təsdiqləyib.


Martın 12-də keçirilən iclasda məsələni deputat Adil Əliyev təqdim edib.

2026-cı ildə Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan Marneuli bələdiyyəsi üçün ümumilikdə 1 232 000 lari vəsait ayrılıb. Bu məbləğ kəndlərin ehtiyaclarına uyğun bölüşdürülüb. Hər kənd üçün minimum 10 000, maksimum isə
20 000 lari nəzərdə tutulub.

Marneuli meriyasının İnzibati Şöbəsinin rəhbəri Mamuka Şubitidze qeyd edib ki, ehtiyac yaranarsa, meriya hər bir layihənin tam başa çatdırılması üçün əlavə vəsait də ayıracaq.

“Kəndə Dəstək Proqramı” çərçivəsində Marneulinin kəndləri üzrə nəzərdə tutulan layihələrin siyahısını təqdim edirik:
Qasımlı inzibati vahidliyi:
  • Qasımlı – Qəbiristanlığın abadlaşdırılması (20 000 lari)
  • Ağməmmədli – Uşaq parkının salınması (20 000 lari)
  • Quşçu – Daxili yolların bərpası (16 000 lari)
  • Baytallı – Uşaq parkının salınması (12 000 lari)
  • Ulaşlı – Suvarma sisteminin bərpası (16 000 lari)
  • Beytarafçı – Avtobus dayanacağının quraşdırılması (16 000 lari)
Dəmyə-Görarxı inzibati vahidliyi:
  • Dəmyə-Görarxı – Uşaq parkının salınması (20 000 lari)
  • Dəmyə – Daxili yolların qaydaya salınması (20 000 lari)
  • Kirovka (Mameyi) – Uşaq parkının salınması (16 000 lari)
  • Axlılələ – Uşaq parkının salınması (16 000 lari)
Qullar inzibati vahidliyi:
  • Qırmızı kənd (Tsitelisopeli) – Suvarma sisteminin bərpası (16 000 lari)
  • Metsamula – Suvarma sisteminin bərpası (10 000 lari)
  • Daştəpə – Suvarma sisteminin bərpası (20 000 lari)
  • Maradisi – Mövcud parkın abadlaşdırılması (12 000 lari)
  • Yuxarı Qullar – İdman meydançasının qurulması (20 000 lari)
  • Aşağı Qullar – Mövcud parkın abadlaşdırılması (16 000 lari)
  • Qırıxlı – Uşaq parkının salınması (20 000 lari)
Xocorni inzibati vahidliyi:
  • Xocorni – Parkın bərpası (16 000 lari)
  • Brdazori – Daxili yolların qaydaya salınması (10 000 lari)
  • Güllübağ – Suvarma sisteminin bərpası (12 000 lari)
  • Tsopi – Drenaj kanalının bərpası (16 000 lari)

Tserakvi inzibati vahidliyi:

  • Tserakvi – Uşaq parkının salınması (10 000 lari)
  • Canxoş – İçməli su sisteminin bərpası (10 000 lari)
  • Sioni – Piyada körpüsünün qurulması (10 000 lari)

Alget inzibati vahidliyi:
  • Alget – Küçə işıqlandırılmasının qurulması (20 000 lari)
  • Təzəkənd – Parkın salınması (20 000 lari)
  • Sabirkənd – Suvarma sisteminin bərpası (20 000 lari)
  • Əzizkənd – Küçə işıqlandırılmasının qurulması (20 000 lari)
  • Hacıisakənd – İdman meydançasının qurulması (16 000 lari)
Qızılhacılı inzibati vahidliyi:
  • Qızılhacılı – Küçə işıqlandırılmasının qurulması (20 000 lari)
Şaumyan inzibati vahidliyi:
  • Şaumyan – Daxili yolların bərpası (20 000 lari)
  • Ağqula – Daxili yolların bərpası (10 000 lari)
  • Xixani – Daxili suvarma şəbəkəsinin qurulması (16 000 lari)
  • Kudro – Daxili yolların bərpası (10 000 lari)

Şulaver inzibati vahidliyi:
  • Şulaver – İdman meydançasının qurulması (20 000 lari)
  • İmir – Açıq hava idman qurğularının (trenajor) quraşdırılması (20 000 lari)
  • İmirçala – İdman qurğularının quraşdırılması (12 000 lari)
  • Aşağı Saral – Uşaq parkının salınması (20 000 lari)
  • Yuxarı Saral – İçməli su sisteminin bərpası (16 000 lari)
  • Araflı – Qəbiristanlığın hasarlanması (16 000 lari)
  • Axlımahmudlu – Uşaq parkının salınması (16 000 lari)
  • Yenikənd – Dayanacağın qurulması (16 000 lari)
  • Seyidqocalı – İdman qurğularının quraşdırılması (16 000 lari)
Kürtlər inzibati vahidliyi:
  • Kürtlər – Küçə işıqlandırılmasının qurulması (20 000 lari)
  • Baydar – Qəbiristanlıq hasarının çəkilməsi (16 000 lari)
  • Böyük Muğanlı – Küçə işıqlandırılmasının qurulması (20 000 lari)
  • Xutor-Lejbəddin – Daxili yolların bərpası (12 000 lari)
  • Lejbəddin – Küçə işıqlandırılmasının qurulması (16 000 lari)
Kəpənəkçi inzibati vahidliyi:
  • İkinci Kosalı – İdman infrastrukturunun qurulması (40 000 lari)
  • Birinci Kosalı – Küçə işıqlandırılmasının qurulması (20 000 lari)
  • Alget Üzümçülük Təsərrüfatı – Qəbiristanlığın hasarlanması (16 000 lari)
  • Ambarovka – Daxili yolların bərpası (16 000 lari)
  • İlməzli – Suvarma sisteminin bərpası (16 000 lari)
  • Keşəli – Daxili yolların bərpası (20 000 lari)

Qaçağan inzibati vahidliyi:
  • Xançığazlı – Suvarma sisteminin bərpası (12 000 lari)
  • Kirəç-Muğanlı – Daxili yolların bərpası (20 000 lari)
  • Təkəli – İstirahət zonasının (rekreasiya sahəsi) salınması (20 000 lari)
  • Qaçağan – Küçə işıqlandırılmasının qurulması (20 000 lari)

Sadaxlı inzibati vahidliyi:
  • Sadaxlı – Küçə işıqlandırılmasının qurulması (20 000 lari)
  • Burma – Daxili yolların bərpası (10 000 lari)
  • Təzəkənd – Daxili yolların bərpası (16 000 lari)
  • Xuldərə – Daxili yolların bərpası (16 000 lari)
  • Mollaoğlu – Küçə işıqlandırılmasının qurulması (20 000 lari)

Opreti inzibati vahidliyi:
  • Opreti – Küçə işıqlandırılmasının qurulması (10 000 lari)
  • Xoxmeli – Qəbiristanlığın abadlaşdırılması (10 000 lari)

Tsereteli inzibati vahidliyi:
  • Tsereteli – İdman infrastrukturunun qurulması (20 000 lari)
  • Norqiuli – Suvarma sisteminin bərpası (16 000 lari)
  • Saimerlo – İstirahət zonasının salınması (20 000 lari)
  • Böyük Bəylər – İstirahət zonasının salınması (12 000 lari)
  • Kiçik Bəylər – Uşaq parkının salınması (12 000 lari)

Tamarisi inzibati vahidliyi:
  • Tamarisi – Küçə işıqlandırılmasının qurulması (20 000 lari)
  • Hallavar – Suvarma sisteminin bərpası (10 000 lari)
  • Dioknisi – İdman meydançasının abadlaşdırılması (12 000 lari)

Ağkörpü inzibati vahidliyi:
  • Çanaxçı – Uşaq parkının salınması (12 000 lari)
  • Ağkörpü – Sahilbərkitmə işləri (16 000 lari)
  • Verxviani – Yolun bərpası (10 000 lari)

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google