Marneuli məktəblərində xüsusi təhsil ehtiyacı olan şəxslərin assistentləri üçün vakansiyalar

Marneuli ictimai məktəblərində xüsusi müəllim və xüsusi təhsil ehtiyacı olan şagirdlərin assistenti vəzifələri üzrə vakansiyalar elan edilib.


Vakansiyaları Sioni kəndi, Tamarisi kəndi, Candar kəndi və Marneuli şəhər 2 saylı ictimai məktəbləri elan edib.

Sioni kəndi ictimai məktəbi – xüsusi müəllim

İş yükü həftədə 15 saat təşkil edir, təxmini əməkhaqqı isə 1000 lari olaraq müəyyən edilib.

Vacib tələb baş xüsusi müəllim statusunun olması və müvafiq imtahandan keçməkdir; əlavə təlimlər üstünlük sayılacaq. Qeyd edək ki, kvalifikasiya tələbləri müəllimlik axtarışında olanlara şamil edilmir.

Tamarisi kəndi 1 saylı ictimai məktəbi – xüsusi təhsilə ehtiyacı olan şəxsin assistenti. İş qrafiki həftədə 18 saat, təxmini əməkhaqqı isə 300-400 lari olaraq müəyyənləşdirilib.

Namizədin minimum peşə təhsili olmalı və ya bakalavr pilləsinin sonuncu kurs tələbəsi olmalıdır. Əlillik, inkişaf pozuntuları və davranışın idarə edilməsi haqqında baza bilikləri mütləqdir. Xüsusi təhsil ehtiyacı olan şəxslərlə, xüsusilə də şagird əlil arabasından istifadə edirsə, bu kimi iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

Marneuli şəhər 2 saylı ictimai məktəbi – xüsusi təhsil ehtiyacı olan şəxsin assistenti
İş yükü həftədə 20 saatdır, təxmini əməkhaqqı 410-528 lari.

Namizəd bakalavr dərəcəsinə malik olmalı və ya sonuncu kurs tələbəsi olmalı, həmçinin minimum 6 aylıq iş, könüllülük və ya təcrübə proqramı keçmiş olmalıdır. Əlillik, inkişaf qanunauyğunluqları və pozuntuları haqqında məlumata sahib olmalıdır. Assistentlik strategiyaları və davranışın idarə edilməsi məsələləri üzrə minimum bacarıqlara malik olmalıdır.

Candar kəndi ictimai məktəbi həftədə 30 saat olmaqla ən yüksək iş saatı olan vakansiya elan edib, təxmini əməkhaqqı ayda 500-800 laridir. Namizəd müəllimin peşəkar standartı ilə müəyyən edilmiş tələblərə və əlavə olaraq meyarlardan birinə cavab verməlidir: Azərbaycan dilini mükəmməl bilməli, məhdud imkanlı şagirdlə ən azı 3 illik iş təcrübəsi və ya müəllimlik hüququna sahib olmalıdır.

Maraqlanan namizədlər motivasiya məktubu, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədlər, müvafiq sertifikatlar (olduğu təqdirdə) və iş təcrübəsi haqqında məlumat təqdim etməlidirlər.

Vakansiyalar davam edir. Müraciətlərin qəbulu üçün son müddət 14, 17, 20 və 30 apreldir.
Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: 

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

https://teacherjobs.ge/?position=&subject=&class=&school=&district=22
Print Email
FaceBook Twitter Google