Marneuli Bələdiyyə Məclisi təbii fəlakətlərin qarşısını almaq məqsədilə Algetidə sahilbərkitmə işlərinin başladılmasını dəstəklədi

Marneuli Bələdiyyə Məclisi Algetidə sahilbərkitmə işlərinin başlanmasını nəzərdə tutan layihənin həyata keçirilməsini dəstəklədi.


Məsələni aprelin 14-də keçirilən iclasda müzakirəyə məclis üzvü Adil Əliyev çıxardı və bildirdi ki, layihə təbii fəlakətlərin qarşısının alınması məqsədilə sahilbərkitmə işlərinin aparılmasını nəzərdə tutur. Sözügedən qərar son vaxtlar güclü yağışlar nəticəsində yaranan problemlər fonunda qəbul edildi.

“Məlumat üçün bildirim ki, cari ilin 7 aprel tarixində Marneuli meriyasından məktub daxil olub. Məktubda təbii fəlakətlərin qarşısının alınması məqsədilə Algeti kəndində sahilbərkitmə işlərinin aparılmasını nəzərdə tutan layihənin dəstəklənməsi istənilir. Bildiyiniz kimi, güclü yağış nəticəsində çay daşaraq məcrasından çıxıb və təkcə Algeti kəndində deyil, digər ərazilərdə də ciddi problemlər yaradıb, infrastruktura, eləcə də vətəndaşlara ziyan vurub. Meriya oxşar halların bir daha təkrarlanmaması üçün sahilbərkitmə işlərinə başlamaq məqsədilə dəstək istəyir”, – Əliyev izah etdi.

Bələdiyyə Məclisinin aprelin 14-də keçirilən iclasının gündəliyində 5 məsələ müzakirə olundu. Onlar arasında 2025-ci il büdcəsinin icrası, Algetidə sahilbərkitmə işlərinin başlanması və Kəndə Dəstək Proqramı barədə danışıldı. Deputatlar bütün məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
7994415&text&type=phone_number&app_absent=0" target="_blank">+995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google