Şaumyanidə daxili yolların bərpası üçün tender ikinci dəfə elan edilib

Marneuli bələdiyyəsinin Şaumyani kəndində daxili yolların (№5 və №6 küçələr) bərpası üçün tender yenidən elan edilib.


İlk tenderdə heç bir şirkət iştirak etmədiyi üçün o, baş tutmamış elan olunmuşdu.

Meriyanın elan etdiyi 77 540 lari dəyərindəki tender sənədlərinə əsasən, iş yerləri işin aparılması üçün lazımi təhlükəsizlik inventarları ilə təmin edilməlidir. İşə başlamazdan əvvəl işçilər xüsusi
geyim və ayaqqabılarla təmin olunmalıdırlar.

Tikinti sahəsinin bütün bölmələri ilkin yardım dərmanları ilə təmin edilməlidir. İşləri toksik materiallarla bağlı olan işçilər üçün daimi tibbi personalın nəzarəti tələb olunur.

“Layihə obyekti Kvemo Kartli regionunda, konkret olaraq Marneuli bələdiyyəsi ərazisində yerləşir. Layihədə Şaumyani kəndində daxili yolların bərpası işləri nəzərdə tutulur. Hazırkı vəziyyətə görə, bərpa işləri aparılmayan daxili kənd yolları vaxtaşırı çınqıl tökülmüş qrunt və çınqıl qarışığından ibarət örtüyə malikdir. Bu yollar yağışlı havalarda palçıq olur, yerli əhalinin hərəkətində problemlər və narahatçılıq yaradır”, – tender sənədlərində qeyd olunub.

Sənədlərdə həmçinin qeyd olunur ki, tikinti işləri qüvvədə olan standartların, normaların, təlimatların və tövsiyələrin tam qorunması ilə yerinə yetirilməlidir.
İşlərin gedişatı zamanı yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilməlidir.

Nəqliyyatın hərəkətinin təşkili üçün hərəkətin idarə olunması, işlərin aparıldığı yerlərdə yol göstəricilərinin, xəbərdarlıq və istiqamətləndirici yol nişanlarının quraşdırılması zəruridir.

Tenderdə iştirak etmək istəyən şirkətlər 25-28 aprel tarixləri arasında müraciət edə bilərlər.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google